Ana Sayfa > Cəmiyyət > Bu, artıq sondur və geriyə yol yoxdur
Bu, artıq sondur və geriyə yol yoxdur5-11-2020, 15:01. Yazar: admin |
"Ya könüllü torpaqlarımızdan rədd olacaqlar, ya da məhv ediləcəklər" Bir aya yaxındır davam edən hərbi əməliyyatlar Ermənistan ordusunun acınacaqlı vəziyyətini gün üzünə çıxardı. Fərarilik, özbaşınalıq, rüşvətlə və koronavirus adı ilə ordudan yayınma halları, əsgər çatışmazlığından muzdluların, yaşlıların və uşaqların döyüşlərə cəlb olunması kimi faktlar düşmən ordusu üçün adi hala çevrilib. Erməni mediasında, sosial şəbəkələrdə yayılan informasiyalar göstərir ki, orduda canlı qüvvə baxımından kifayət qədər çatışmazlıq var. Bir neçə cəbhədə gedən şiddətli döyüşlər zamanı düşmənin verdiyi itkilər, böyük ərazilərin, həmçinin strateji yüksəkliklərin Azərbaycan Ordusunun nəzarətinə keçməsi Ermənistan əhalisində ciddi ruh düşkünlüyü yaradıb. Hakimiyyətin uydurduğu yalanlara inanmayan əhali müxtəlif yollarla övladlarının döyüşlərə cəlb olunmasının qarşısını alır. Ordudakı canlı qüvvə çatışmazlığını kompensasiya etməyə çalışan hökumət isə qandonduran metodlara baş vurur. Erməni vəkil Robert Ayrapetyanın sosial şəbəkə hesabında yazdığına görə, Ermənistanda yeni doğulan uşaqlara şəhadətnamə yalnız atalarının könüllü cəbhəyə getməsi şərti ilə verilir, üstəgəl uşaq və analar xəstəxanada girov saxlanılır. O qeyd edir ki, hər dəqiqə vətənpərvərlikdən danışanlar erməni xalqına qarşı ikiüzlülük edirlər: “Övladı dünyaya gəldikdən bir gün sonra insana necə deyə bilərsən ki, doğum haqqında şəhadətnaməni yalnız atanın cəbhəyə könüllü getməsi və bunu təsdiqləyən sənədin gətirilməsi şərti ilə veriləcək. Siz uşaqları və anaları girov götürürsünüz, sizin beyniniz var?”. Düşmən ordusunun düşdüyü rəzil durumla bağlı “Şərq”ə danışan “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Rusif Məmmədsoy bildirib ki, hazırda Şanlı Ordumuz hər gün daha bir kənd, qəsəbə, şəhər azad edir. Bunun qarşısını ala bilməyən Ermənistan tərəfi istənilən ağlasığmaz hərəkətə əl atır. Politoloqun sözlərinə görə, həqiqətən də qarşı tərəfdə çox acınacaqlı vəziyyət hökm sürür: “Təbii ki, erməni gəncləri özlərinin olmayan yad torpaq uğrunda döyüşüb, ölmək istəmirlər. Nəticədə belə zorakı yollarla yalançı müqavimət görüntüsü yaradırlar. Paşinyan hələ də ümid edir ki, proses uzanarsa, Rusiya müdaxilə edər və aprel döyüşlərindəki kimi status-kvo bərpa edilər. Lakin, Paşinyan real situasiyanı anlamalıdır. Bu, artıq sondur və geriyə yol yoxdur. Ya könüllü torpaqlarımızdan rədd olacaqlar, ya da məhv ediləcəklər. Bunun alternativi yoxdur”. Analitik qeyd edib ki, düşməni məcburetmə əməliyyatlarımız son dərəcə yüksək səviyyədə davam edir: “Ermənistan arzuladığı dəstəyi görməyəcək. Rusiya bu oyuna gəlməyəcək. Putin ağıllı siyasətçidir və Türkiyə-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsindən narahatdır. Bu, Rusiyanın maraqlarına cavab vermir. İndiki məqamda Azərbaycanla tərəfdaşlıq Moskva üçün daha əhəmiyyətli və vacibdir. Hesab edirəm ki, savaşın sonuna çox az qalıb. Bunu hər iki tərəf çox yaxşı bilir. Yaxında Paşinyan da vəziyyətlə barışmış olacaq”. Geri dön |