Ana Sayfa > Cəmiyyət > Eyni vaxtda koronavirus və qripə yoluxmanın ölümcül təhlükəsi açıqlandı
Eyni vaxtda koronavirus və qripə yoluxmanın ölümcül təhlükəsi açıqlandı29-10-2020, 03:44. Yazar: admin |
Koronavirusdan ölüm hadisələri arasında qripin ağırlaşdırdığı hallar da ola bilər. “Sputnik”in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının akademiki, virusoloq, Meçnikov adına Vaksin və Zərdablar Elmi Tədqiqat İnstitutunun direktoru Vitali Zverev xəbər verib. Mütəxəssisin sözlərinə görə, COVID-19 pandemiyası fonunda bir çoxları qripdən çəkinməyi dayandırıb, halbuki bu xəstəlik heç də koronavirusdan az təhlükəli deyil. Belə ki, sözügedən respirator xəstəliyindən ölüm halları dünyada ən yüksək göstəricilərə malikdi. “Məsələn, ABŞ-da mövsümi qrip epidemiyası dövründə 30-40 min insan vəfat edir. Diabet xəstələri, ürək-damar xəstəlikləri və böyrək problemi olanlar isə xüsusi risk qrupundadır. COVID-19-la eyni vaxtda qripə yoluxmaq pasiyentin vəziyyətini lap ağırlaşdıra bilər”, - deyə o, vurğulayıb. Zverev ehtimal edir ki, qrip ağırlaşmalarına görə koronavirusdan ölən xəstələr az olmayıb. Lakin təsdiqlənmiş COVID-19 diaqnozunda həkimlər xəstəni qriplə əlaqədar müayinə etmirlər, laboratoriya diaqnozları qoyulmadığı üçün də bu barədə dəqiq heç nə deyilmir. “Ola bilməz ki, bir il ərzində qrip hadisəsi qeydə alınmasın”, - deyə həkim əlavə edib. Bununla birlikdə, o, bu il qrip infeksiyasına yoluxma halının ötən illərə nisbətən daha az olacağına inandığını deyib: “Adətən qrip epidemiyası şərqdən gəlir. İndi isə sərhədlər bağlıdır”. Həkimin sözlərinə görə, qrip COVID-19 kimi asemptomatik olmadığı üçün insanın dərhal xəstə olduğunu anlayır, özünü təcrid edir və daha az insana yoluxdurur. Zverev son olaraq COVID-19 və qripdən ən yaxşı müdafiə vasitəsinin vaksinasiya olduğunu vurğulayıb. Geri dön |