Ana Sayfa > Cəmiyyət > Zərərçəkmiş Gəncə sakini: "Ermənistan heç vaxt Azərbaycan xalqını panikaya sala bilməz"

Zərərçəkmiş Gəncə sakini: "Ermənistan heç vaxt Azərbaycan xalqını panikaya sala bilməz"


12-10-2020, 16:39. Yazar: admin
Zərərçəkmiş Gəncə sakini: "Ermənistan heç vaxt Azərbaycan xalqını panikaya sala bilməz"

Ermənilərin Gəncə şəhərini atəşə tutması onların çarəsizliyindən xəbər verir.

Bunu Trend-ə açıqlamasında ötən gün gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində evi dağılmış Faiq Quliyev deyib.

O bildirib ki, hadisə zamanı xoşbəxtlikdən evdə olmayıb: "Gecə işdə növbədə idim. Saat 2 radələrində böyük bir partlayış səsi eşitdim. Məlum oldu ki, ermənilər raketlə mənim yaşadığım binanı vurub. Hadisə yerinə gəldim və binanın tam dağıldığını gördüm. Qonşularımdan 9 nəfər həlak oldu, yaralananlar var. Dərhal Azərbaycanın aidiyyəti qurumları hadisə yerinə gələrək dağıntılar altında qalanların xilas edilməsinə başladılar. Dünyasını dəyişənlərə Allahdan rəhmət, sağ qalanlara şəfa diləyirəm. Və bildirirəm ki, ermənilərin bu çirkin niyyəti gəncəliləri qorxuda bilməz".

F.Quliyevin sözlərinə görə, Gəncə əhalisi Azərbaycanın Ali Baş Komandanı və Azərbaycan Ordusuna güvənir: "Biz bilirik ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusu qarşısında sınıb və diz çöküb. Ona görə də ermənilər qisas almaq üçün dinc sakinləri hədəf alır. Amma onlar unutmasınlar ki, gəncəlilər heç vaxt bu cür təxribatlardan qorxmayıb. Gəncə sakinləri arasında heç kim panika yarada bilməz. Ermənistan özü uğursuzluqlarından panikaya düşüb, ona görə də bizim mülki şəxsləri də panikaya salmaq istəyir. Amma Azərbaycan xalqı həmişə olduğu kimi yenə də mərddir, Azərbaycan Ordusuna və Azərbaycan Prezidentinə daim dəstəkdir. Çox az vaxt qalıb ki, torpaqlarımızı tam işğaldan azad edək. Gəncəlilər bir nəfər kimi bu gün Ordu sıralarına qatılmağa və Azərbaycan Ordusuna yardım etməyə hazırdır".
Geri dön