Ana Sayfa > Cəmiyyət > Orduya qoşulan vəkillərimizin ailələrinə hər ay 500 manat ödəniləcək
Orduya qoşulan vəkillərimizin ailələrinə hər ay 500 manat ödəniləcək5-10-2020, 17:43. Yazar: admin |
Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclasında son bir həftə ərzində cəbhə bölgəsində davam edən əməliyyatlar, ölkə ərazisində tətbiq edilmiş hərbi vəziyyət və qismən səfərbərlik məsələləri müzakirə olunub. Bu barədə Vəkillər Kollegiyasından məlumat verilib. Bildirilib ki, kollegiyanın bir sıra üzvlərinin hərbi səfərbərliyə cəlb edilib. İclasda hərbi səfərbərliyə cəlb olunan vəkillərimiz tərxis olunanadək, onların ailələrinə hər ay 500 manat ödənilməsi, həmin vəkillərimizin üzvlük haqqından azad edilməsi, səfərbərliyə cəlb olunmuş vəkillərin saxlama xərclərindən azad edilməsinin vəkil qurumlarına tövsiyə edilməsi, o cümlədən səfərbər olunan vəkillərin icraatında olan işlərin əvəzsiz qaydada digər vəkil həmkarlara həvalə edilməsinin vəkil qurumlarına tapşırılması barədə qərar qəbul edilib. Geri dön |