Ana Sayfa > Cəmiyyət > DİM sədri: "44776 abituriyentdən yarısı ixtisas seçimini edib"
DİM sədri: "44776 abituriyentdən yarısı ixtisas seçimini edib"14-09-2020, 15:52. Yazar: admin |
"İxtisas seçiminə 44776 nəfər buraxılıb, onların 23300-ü, yəni yarısı seçim edib". APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayım zamanı bildirib. Onun sözlərinə görə, son 10 ildə I qrupa axın çoxalıb, texniki, təbiət elmlərinə daxil olmaq istəyənlərin sayında artım var: "Bu qrupda informasiya texnologiyaları ixtisasına seçim və istək artıb. Bu il də onu müşahidə etdik". M. Abbaszadə abituriyent və valideynləri ixtisas seçimində diqqətli olmağa çağırıb. Geri dön |