Ana Sayfa > Cəmiyyət > AYB Anardan xəbərsiz 150 manata saxta diplom satır - İDDİA + FOTO

AYB Anardan xəbərsiz 150 manata saxta diplom satır - İDDİA + FOTO


1-09-2020, 14:22. Yazar: admin
AYB Anardan xəbərsiz 150 manata saxta diplom satır - İDDİA + FOTO

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan şöbəsinin müdiri Saman Həsənzadənin (özünü Sayman Aruz kimi təqdim edir - red.) saxta diplom biznesi ilə bağlı sensasion faktlar üzə çıxıb.

Axar.az xəbər verir ki, Saman Həsənzadə AYB-nin adından əsasən Güney Azərbaycandan olan və Bakıda uğur qazanmaq istəyən yaradıcı insanlara 150 manata saxta diplom satır. Diplomun – Fəxri Fərmanın üzərində onu təqdim edən orqan kimi Azərbaycan Yazıçılar Birliyi göstərilir.

Fəxri Fərmanda möhür olsa da, qurumun sədri, Xalq yazıçısı Anarın imzası yoxdur. Bu da sözügedən Fəxri Fərmanın saxta olduğunu deməyə əsas verir.

Bu saxta “Fəxri fərman”lardan birinə sahib olan təbrizli aşıq Purismayıl Qaraxanlı iki il öncə onu 150 manat ödəməklə aldığını təsdiqləyib. Həmçinin bildirib ki, S.Həsənzadənin güneyli sənət adamlarına və yazıçılara “böyük qayğısı” bununla kifayətlənmir. S.Həsənzadə onları müxtəlif “dərnək”lərə, “federasyon”lara üzv yazdıraraq, ildə 50-70 manat miqdarında üzvlük haqqı da alır. Bu qurumların fəaliyyəti və onlara görə alınan üzvlük haqqının Azərbaycan qanunvericiliyinə uyğun olub-olmadığı isə bəlli deyil.

Birliyin təmsilçisi Xəyal Rzazadə Oxu.Az-a açıqlamasında hazırda məsələ ilə bağlı araşdırmaların getdiyini bildirib:

“Hazırda məlumatın nə dərəcədə dəqiq olub-olmadığını yoxlayırıq. Rəhbərlik məsələ ilə bağlı məlumatlandırılacaq. Qərar əsasında ictimaiyyətə məlumat verəcəyik”.
Geri dön