Ana Sayfa > Cəmiyyət > Mərkəzi Gömrük Hospitalı sabahdan qeyri-COVID xəstəxanası kimi fəaliyyət göstərəcək
Mərkəzi Gömrük Hospitalı sabahdan qeyri-COVID xəstəxanası kimi fəaliyyət göstərəcək31-08-2020, 13:26. Yazar: admin |
Sabahdan etibarən Mərkəzi Gömrük Hospitalı yenidən hər kəs üçün adi qaydada fəaliyyət göstərməyə başlayacaq. APA-nın məlumatına görə, bu barədə Hospital özü məlumat yayıb. Məlumatda bildirilir ki, 1 sentyabr 2020-ci il tarixindən etibarən Mərkəzi Gömrük Hospitalı fəaliyyətini bərpa edərək gömrükçülərə və əhaliyə tibbi xidmət göstərməyə başlayır. Qeyd edək ki, iyunun 11-dən Mərkəzi Gömrük Hospitalı pandemiya xəstəxanası kimi yalnız COVİD-19 xəstələrinə tibbi yardım göstərirdi. Geri dön |