Ana Sayfa > Cəmiyyət > Lukaşenkodan fərman: Azərbaycanlı iş adamı “Şərəf” ordeni ilə təltif edildi

Lukaşenkodan fərman: Azərbaycanlı iş adamı “Şərəf” ordeni ilə təltif edildi


22-08-2020, 18:04. Yazar: admin
Lukaşenkodan fərman: Azərbaycanlı iş adamı “Şərəf” ordeni ilə təltif edildi

Belarusun Xarici İşlər naziri Vladimir Makey Belarus Prezidenti Aleksandr Lukaşenkonun adından tanınmış azərbaycanlı biznesmen və investor Vasif İsmayılovu “Şərəf” ordeni ilə təltif edib.

Bu barədə “Belta” Belarus XİN-in Mətbuat Xidmətinə istinadla məlumat yayıb.

V.İsmayılovun şirkəti Minskdə və Moqilyovda çoxsaylı bina və qurğular inşa edib. Hazırda Bobruysk şəhərində iri obyektin, paytaxt Minskdə “Bakı məhəlləsi” yaşayış kompleksinin tikintisi ilə bağlı layihə hazırlanır.

Şirkət 2013-cü ildə Belarusun Azərbaycandakı səfirliyinin kompleks binalarını inşa edib.

İş adamı həm vətənində, həm də Belarusda xeyriyyə proqramlarında aktiv iştirak edir. Məsələn, cari ildə o, Belarusda koronavirusla mübarizə üçün vəsait ayırıb.

Vasif İsmayılov Belarus və Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin, həmçinin, investisiya əməkdaşlığının inkişafındakı mühüm şəxsi xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Qərar Aleksandr Lukaşenkonun fərmanı ilə 21 noyabr 2019-cu ildə verilib. Bu gün isə XİN rəhbəri Vladimir Makeyev tərəfindən şəxsən təqdim edilib.
Geri dön