Ana Sayfa > Cəmiyyət > Türkiyədən Ermənistana növbəti mesaj - “bütün imkanlarımızla qardaş Azərbaycanın yanındayıq”
Türkiyədən Ermənistana növbəti mesaj - “bütün imkanlarımızla qardaş Azərbaycanın yanındayıq”17-08-2020, 09:02. Yazar: admin |
“Ermənistanın Sevr sazişi haqqında yersiz mövqe bildirməsindən sonra Şərqi Aralıq dənizi ilə bağlı rəy verməyə çalışmasını növbəti həddini aşma və məsuliyyətsizlik hesab edirik. Burada məsələ Sevan gölü (Göyçə gölü) deyil, Şərqi Aralıq dənizidir”. Modern.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər nazirinin sözçüsü Hami Aksoy belə deyib. Hami Aksoy bildirib ki, Ermənistanın coğrafi olaraq Şərqi Aralıq dənizi ilə heç bir əlaqəsi olmadığı üçün söz haqqına da sahib deyil: “Necə ki, Fransanın, Birləşmiş Ərəb Əmirliklərinin Şərqi Aralıq dənizi ilə heç bir əlaqəsi yoxdur. Bu addım Türkiyəyə qarşı qurulmağa çalışılan növbəti məkrli ittifaqa Ermənistanın da daxil olması təəssüratına əsas verir”. Diplomat bildirib ki, Türkiyə beynəlxalq hüququn tələbləri çərçivəsində Şərqi Aralıq dənizi sahillərində yaşayan Kipr türklərinin hüquqlarını qorumaq üçün qətiyyətlə mübarizəsini davam etdirəcək: “Bunun qarşısını heç bir şər ittifaq ala bilməz. Bunun əksini düşünənlər, deməli, tarixdən heç bir dərs almayıblar. Yeri gəlmişkən, bir daha xatırlatmaq istərdik ki, bütün imkanlarımızla qardaş Azərbaycanın yanındayıq”. Geri dön |