Ana Sayfa > Cəmiyyət > Ekspert: "Bağlanmış banklarda bloklanmış əmanətlərin qısa vaxtda qaytarılmasına başlanılacaq"

Ekspert: "Bağlanmış banklarda bloklanmış əmanətlərin qısa vaxtda qaytarılmasına başlanılacaq"


11-08-2020, 12:39. Yazar: admin
Ekspert: "Bağlanmış banklarda bloklanmış əmanətlərin qısa vaxtda qaytarılmasına başlanılacaq"

“Konstitusiya Məhkəməsinin qərarından sonra yaxın günlərdə əmanətlərin geri qaytarılması ilə bağlı zaman müəyyənləşəcək və qısa vaxtda əmanətlərin qaytarılmasına başlanılacaq. Bu haqda Əmanətlərin Sığortalanması Fondu tərəfindən vətəndaşları məlumatlandırması gözlənilir”.

APA-nın məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

O qeyd edib ki, qərara əsasan, təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir: "Yəni “təshih tədbiri” bəzi bankların əmanət qəbulunun qadağan edilməsi ilə bağlı qərarı nəzərdə tutur. Başqa sözlə, müflis olan banklarda əmanət qəbulu qadağasından sonra götürülən depozitlər qorunan hesab olunur. NBC Bank, AG Bank və ATA Bank qadağa olsa da, əhalidən əmanət qəbul edib və həmin banklar müflis elan olunduqdan sonra o pullar blok edilib. Bu o deməkdir ki, Konstitusiya Məhkəməsi bizim təklif etdiyimiz kimi, vətəndaşlarımızın xeyrinə qərar qəbul edib. Söhbət 1300-dən çox vətəndaşımızın 62 milyon manat əmanətinin qaytarılmasından gedir. Qərarda eyni zamanda qeyd olunur ki, bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin (əsas) müqavilə kimi qəbul olunmalıdır. Əmanət müqavilələrinin miqrasiya olunduğu tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilə bilməz. Bu müflis elan olunan "Atabank" ilə bağlı məsələdir. Belə ki, bankın bəzi filialı bağlanandan sonra depozitlər digər filiala miqrasiya edilmişdi. Bu məsələyə də məhkəmə aydınlıq gətirdi.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi blok olunmuş əmanətlər ilə bağlı qərarını elan edib.
Geri dön