Ana Sayfa > Cəmiyyət > Məhbuslar arasında koronavirusa yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
Məhbuslar arasında koronavirusa yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA10-07-2020, 17:40. Yazar: admin |
“Məhbuslar arasında koronavirusa yoluxma halları qeydə alınıb”. Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O bildirib ki, test nəticələri müsbət olan iki nəfər TƏBİB-ə təhvil verilib: “12 saylı cəzaçəkmə müəssisəsində 11 məhkum, 11 saylı cəzaçəkmə müəssisəsində beş məhkum, 4 saylı çəzaçəkmə müəssisəsində iki məhkumda koronavirusa yoluxma aşkarlanıb. Onlardan iki nəfər qanunvericiliyin tələbinə uyğun olaraq, vaxtından əvvəl şərti olaraq azadlığa buraxılaraq, TƏBİB-ə təhvil verilib. Qalan şəxslərin izolyasiyası aparılıb”. H.Hacıyev Penitensiar Xidmət orqanlarında da yoluxma hallarının olduğunu və bu vəziyyətin nəzarətə götürüldüyünü qeyd edib. Geri dön |