Ana Sayfa > Cəmiyyət > Səhiyyə Nazirliyi ötən il dövlət qeydiyyatına alınmayan 29 adda dərman alıb

Səhiyyə Nazirliyi ötən il dövlət qeydiyyatına alınmayan 29 adda dərman alıb


10-07-2020, 12:41. Yazar: admin
Səhiyyə Nazirliyi ötən il dövlət qeydiyyatına alınmayan 29 adda dərman alıb

Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən 2018-ci ildə Tarif (qiymət) Şurası tərəfindən dövlət qeydiyyatına alınmayan və qiymətləri tənzimlənməyən 21 adda 950,8 min manat, 2019-cu ildə isə 29 adda 1716,3 min manat dəyərində dərman vasitələri alınıb.

"Report" xəbər verir ki, bu, Hesablama Palatasının 2020-ci ilin İş Planına əsasən 2018-2019-cu illərdə dövlət büdcəsindən Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi publik hüquqi şəxs üzrə aparılan auditin nəticələri haqqında məlumatda öz əksini tapıb.

Qeyd olunub ki, aparılan audit nəticəsində 2018-ci ildə mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının hazırlanması prosesində aşkar edilən nöqsanlar, 2019-cu ilin maliyyə hesabatlarının hazırlanması zamanı görülən tədbirlər nəticəsində aradan qaldırılıb, müqavilə şərtlərinə uyğun olaraq malların təchizatı üzrə gecikdirilən günlər üçün hesablanan 457,4 min manat məbləğində cərimənin büdcəyə ödənilməsi təmin edilib.
Geri dön