Ana Sayfa > Cəmiyyət > Azərbaycanlılara məxsus torpaq sahələri dövlət qeydiyyatına alınır

Azərbaycanlılara məxsus torpaq sahələri dövlət qeydiyyatına alınır


7-07-2020, 14:36. Yazar: admin
Azərbaycanlılara məxsus torpaq sahələri dövlət qeydiyyatına alınır

Gürcüstanın Saqareco bələdiyyəsinin Ləmbəli və Yormuğanlı kəndlərində torpaq sahələrinin qeydiyyatı prosesinə başlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, ölkənin Dövlət Reyestr Milli Agentliyinin nümayəndələri hər iki kəndə ezam olunublar.

Qeydiyyat prosesi tam ödənişsiz həyata keçirilir.

Qeyd edək ki, qonşu ölkədə sistemli torpaq qeydiyyatının yeni mərhələsinə start verilib. Bu mərhələdə Tetritskaro, Qardabani, Kareli, Qori və Saqareco rayonlarında 111 min hektar torpaq sahəsi qeydiyyata alınacaq.
Geri dön