Ana Sayfa > Cəmiyyət > Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi
Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi3-07-2020, 12:18. Yazar: admin |
Azərbaycanda daha bir həkim koronavirusdan ölüb. Oxu.Az-ın məlumatına görə, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun 70 yaşlı həkim-bronxoloqu, bu tibbi müəssisənin sabiq direktoru Faiq Ağayev ötən gecə koronavirusa görə müalicə aldığı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında vəfat edib. ATU-dan saytımıza məlumatı təsdiqləyiblər. Bildirilib ki, Ağayev Faiq Firuddin oğlu klinikaya 26 iyunda daxil olmuşdu: “Xəstə 3 iyul, saat 03:00-da vəfat edib. Xəstənin COVID-19, ikitərəfli pnevmoniya, eyni zamanda, kəskin ürək-ağciyər çatışmazlığı, ürəyin işemik xəstəliyi, xroniki ürək çatışmazlığı, hipertoniya xəstəlikləri olub”. Geri dön |