Ana Sayfa > Cəmiyyət > Cavid Qurbanov Yasamaldakı gölü də mənimsəyib... - NARAZILIQ...

Cavid Qurbanov Yasamaldakı gölü də mənimsəyib... - NARAZILIQ...


25-06-2020, 16:32. Yazar: admin


DİA.AZ: - "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovdan narazılıqlar durmadan artmaqdadır. Qeyd edək ki, əgər dünənə qədər QSC sədri ilə bağlı şikayətlərdə daha çox ADY ilə bağlı problemlər diqətə gəlirdisə, bu dəfə Cavid Qurbanovdan Yasamal sakinləri giley edirlər.

Sakinlər DİA.AZ-a yazırlar ki, Yasamaldakı məşhur "Tri Korona"nın yaxınlığında yerləşən "Yasamal gölü" bu gün onların əməlli-başlı başağrısına çevrilib. Sakinlər yazır:

"Hələ sovet dönəmlərində köhnə karxananın yerində yaranmış bu göl artıq illərdir təbii xarakterik xüsusiyyətlərə malikdir. Yəni göl heç bir zaman pis qoxunu ətrafa yaymamasına görə, qrunt suları hesabına təşkil olunduğundan, onun bir yeraltı axarının olduğu da sübutlanmaqdadır. Amma maləsəf illərdir gölün ətrafında iri məmurlar istədiklərini edirlər. Hətta o qədər cəsarət sahibləridirlər ki, göldən süni drenajlarla suyu azaltmağa da çalışırlar. Və məqsədlərinə nail olublar da. Artıq son bir neçə ayda Yasamal Gölünün dərinliyi 3 metrə qədər azalıb ki, bu da həmin əraziyə maraq salan məmurlarla bağlıdır".

Cavid Qurbanov Yasamaldakı gölü də mənimsəyib...

Sakinlər DİA.AZ-a yazır ki, Gölün ətrafında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinə məxsus villalar yerləşir: "Həmin villalara görə, gölün suyu süni drenajlarla azaldılır. Bu isə aşağıdakı və ətrafdakı hündürmərtəbəli binalar üçün açıq təhlükə deməkdir. Hər halda Cavid Qurbanov bu gün səlahiyyətlərinə güvənərək belə bir addımı atır. Bizim isə ümidimiz cənab Prezidentədir. Kimsə dövlətin qanunlarından üstün ola bilməz".

Dia.az verilən məlumatda qeyd olunur ki, həmin ətrafdakı villaların birində Cavid Qurbanovun qızı qalır.

İddia olunanlarla bağlı bütün maraqll tərəfləri dinləməyə hazırıq. Mövzu diqqətimizdədir.

Cavid Qurbanov Yasamaldakı gölü də mənimsəyib...Cavid Qurbanov Yasamaldakı gölü də mənimsəyib... - NARAZILIQ...

Geri dön