Ana Sayfa > Cəmiyyət > Hava kəskin pisləşəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Hava kəskin pisləşəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ


24-06-2020, 10:54. Yazar: admin
Hava kəskin pisləşəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ

“Sabah ölkə üzrə şimal küləyi arabir güclənəcək”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.


Onun sözlərinə görə, iyunun 25-də gündüz saatlarından etibarən iyunun 27-si səhərədək Abşeron yarımadasında arabir güclənən şimal küləyi əsəcək.

Nazirlik rəsmisi qeyd edib ki, həmin müddət ərzində ölkənin şimal-qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı və dolu düşəcəyi gözlənilir.
Geri dön