Ana Sayfa > Cəmiyyət > AMEA-nın müxbir üzvü koronavirusa yoluxub? - ÖZÜ DANIŞDI

AMEA-nın müxbir üzvü koronavirusa yoluxub? - ÖZÜ DANIŞDI


17-06-2020, 13:17. Yazar: admin
AMEA-nın müxbir üzvü koronavirusa yoluxub? - ÖZÜ DANIŞDI

“AMEA akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda koronavirusun yayıldığı doğru deyil. Hazırda işə çıxan əməkdaşlar arasında heç kim bu virusa yoluxmayıb”.

Bunu Lent.az -a açıqlamasında institutun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zaur Ağamalıyev deyib.

Onun sözlərinə görə, işə əməkdaşların yalnız 30 faizi çıxır: “İş saatı ərzində bütün qaydalara əməl olunur. Maskasız heç kim içəri buraxılmır. Hər gün iş bitdikdən sonra institutda dezinfeksiya aparılır”.

Z.Ağamaliyev institutun əməkdaşı, Səthi-aktiv reagentlər və preparatlar laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Ziyafəddin Əsədovun koronavirusa yoluxması ilə bağlı yayılan məlumata da aydınlıq gətirib: “Ziyafəddin Əsədov artıq 3 həftədir işə çıxmır. Bir neçə gün əvvəl onunla əlaqə saxladım. Özünü yaxşı hiss etmədiyi üçün işə çıxmadığını bildirdi. Bu gün onun Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirildiyi haqqında məlumat almışam”.

Lent.az alimin özü ilə əlaqə saxlayıb. Müayinələr və test aparıldığını bildirən alim analizlərin nəticələrinin hələ çıxmadığını bildirib: “Xəstəxanaya bu gün gəlmişəm. Müayinə və test ediblər. Amma hələ koronavirusa yoluxub-yoluxmadığım məlum deyil”.

Qeyd edək ki, Z.Əsədov 70 yaşın ərəfəsindədir.
Geri dön