Ana Sayfa > Cəmiyyət > “Ramil Səfərovdan danışarkən Dilqəmlə Şahbazı unudurlar” - GƏLİŞMƏ

“Ramil Səfərovdan danışarkən Dilqəmlə Şahbazı unudurlar” - GƏLİŞMƏ


30-05-2020, 10:51. Yazar: admin
“Ramil Səfərovdan danışarkən Dilqəmlə Şahbazı unudurlar” - GƏLİŞMƏ

“Azərbaycan dövləti hər bir vətəndaşının yanındadır və təbii ki, Ramil Səfərovla bağlı məsələdə də Azərbaycan onu Macarıstandan ekstradisiya edərək Ermənistanı həm pərt, həm də şok vəziyyətə salmağa müyəssər oldu. Bu, bir daha göstərdi ki, Azərbaycanın dünyanın ayrı-ayrı ölkələri ilə münasibətləri inkişaf etməkdədir və hər kəs kimin haqlı, kimin haqsız olduğunu çox yaxşı bilir”.

Bunu AYNA-ya açıqlamasında siyasi elmlər doktoru, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib. O bildirib ki, Ramil Səfərov hadisələrinə qiymət verilərkən, onun uşaqlıqdan psixoloji, gərgin mühitdə böyüməsi, ermənilərin qəsbkarlığı, azərbaycanlılara qarşı həyata keçirilən işğalçılıq siyasəti hər zaman nəzərə alınmalıdır: “Ermənilər Qarabağ münaqişəsi də daxil olmaqla, 20-ci əsrdən başlayaraq Azərbaycana qarşı təcavüzkar, etnik təmizləmə siyasəti həyata keçiriblər”.

“O ki, qaldı Avropa Məhkəməsinin qərarına, təbii ki, məhkəmə hansısa bir qərar verə bilər, qarşı tərəfin də məhkəmənin qərarından apellyasiya şikayəti etmək hüququ var və bu, istənilən ölkənin hüququdur. Əgər, söhbət hüquqi prosedurlardan gedirsə, Ermənistan ilə Azərbaycan arasında davam edən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da beynəlxalq hüquqi konvensiyalar var və ən azından bu, bir və ya bir neçə şəxsin məsələsi yox, dövlətin erməni işğalı nəticəsində təcavüzə məruz qalmış bütün vətəndaşlarının məsələsidir”, - politoloq vurğulayıb.

“Ona görə də yaxşı olardı ki, Avropa Məhkəməsi bu kimi məsələlərə də diqqət yetirsin. Dilqəm Əsgərov və Şahbaz Quliyev da qanunsuz olaraq Ermənistanda işgəncələrə məruz qalırlar və siyasi motivli həbsdədirlər. Təbii ki, bütün bunlara Ermənistan riayət etmədiyi halda, Azərbayacana qarşı hüquqi tələbələr irəli sürməli deyil”, - Məmmədov əlavə edib.

Siyasi şərhçi onu da əlavə edib ki, Ermənistan tərəfi, əslində, Azərbaycan hökumətinin Ramil Səfərovun arxasında dayandığını və bu işə rəvac verdiyini iddia edirdi: “Lakin məhkəmə bununla bağlı heç bir qərar verməyib və qarşı tərəfin iddialarını qəbul etməyib. Ki, bunu da məhkəmənin insan hüquqları konvensiyasına uyğun şəkildə əsaslandırıblar. Yəni bu qərarda Azərbaycan tərəfi demək olar ki, günahlandırılmayıb”.
Geri dön