Ana Sayfa > Cəmiyyət / Manşet > "Azercell" şirkətinə "EasyPay"-dan MƏHDUDİYYƏT - Siyahıdan ÇIXARILDI - FOTOFAKT
"Azercell" şirkətinə "EasyPay"-dan MƏHDUDİYYƏT - Siyahıdan ÇIXARILDI - FOTOFAKT15-08-2017, 15:10. Yazar: admin |
"Azercell" şirkətinə məhdudiyyətlər qoyuldu. BiG.AZ xəbər verir ki, bu barədə məlumatı "Azercell" mobil operator istifadəçiləri veriblər. Onlar bildirirlər ki, Yasamal rayonu, Füzuli küçəsində yerləşən yeraltı keçiddə quraşdırılmış "EasyPay" ödəmə aparatlarında balansa vəsait yükləyə bilmirlər. Həmçinin daxil olan məlumatda bildirilir ki, digər mobil operatorların adları ödəmə terminalında öz əksini tapsa da "Azercell" mobil operatorun adı ümumiyyətlə siyahıdan çıxarılıb. Bundan narahatlıq hissi yaşayan abunəçilər məsələnin tez bir zamanda həll olunması və problemin ictimailəşdirilməsi üçün bizə müraciət ediblər. Məsələ ilə bağlı "EasyPay" şirkəti ilə əlaqə saxladıq. Ödəmə terminalları ilə bağlı məsul şəxs olan, soyadı təqdim edilməyən Orxan müəllim problemi təsdiq etsə də bunun nə zaman aradan qaldırılacağı barədə məlumat vermək səlahiyyətinin olmadığını bildirdi: "Bəli belə bri problemlər hazırda yaşanır. Amma nə zaman problem aradan qaldırılacaq bilmirəm. BU barədə məlumat vermək səlahiyyətlərim də yoxdur. Mən aidiyyatı şəxslərə bu barədə məlumat verəcəm onlar sizinlə əlaqə saxlasınlar". Xeyli müddət gözləsək də məsələ ilə bağlı bizimlə heç bir əlaqə yaradılmadı. Geri dön |