Ana Sayfa > Cəmiyyət / Manşet > Azərbaycanın ən maraqlı icra başçıları- Alim, cüdoçu, "fərari"...
Azərbaycanın ən maraqlı icra başçıları- Alim, cüdoçu, "fərari"...14-10-2016, 07:58. Yazar: admin |
Azərbaycanda ən əhəmiyyətli siyasi vəzifələrdən biri yerli icra hakimiyyətləri başçılarının vəzifələridir. İnzibati ərazilərdə mərkəzi siyasi hakimiyyətin nümayəndəsi olan icra başçılarını birbaşa Respublika Prezidenti təyin edir. İcra hakimiyyəti başçılarının fəliyyət prinsipləri Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyəti haqqında əsasnamə” ilə müəyyənləşdirilir. Azərbaycanın müstəqillik tarixində olduqca maraqlı və qalmaqallı icra başçıları olub. Vəzifədə olduğu müddətdə əhali tərəfindən söyüləni də olub, vəzifədən çıxarılandan illər sonra hörmət və sevgi ilə xatırlananı da. Əlbəttə ki, buna səbəb vəzifədə olduqları müddətdə əhali ilə yaratdıqları münasibət və xalq üçün gördükləri işlərdir. Vertikal.az olaraq bu gün biz sizlərə peşələri və fəaliyyətləri ilə maraqlı görünə biləcək bəzi icra hakimiyyəti başçılarını təqdim edəcəyik. Beləliklə: 25 il eyni rayona rəhbərlik edən Eyvaz Hüseynov Eyvaz Hüseynov 1959-cu ildə Xocavənd rayonunda anadan olub. İxtisasca mühəndis- sistemotexnikdir. Sonradan Dövlət İdarəçilik Akademiyasında təhsilini davam etdirib. 1988-ci ildə Xocavənd rayonunun Ermənistanın hərbi işğalından müdafiəsi məqsədilə silahlı dəstə yaradıb. Həmin dəstənin komandiri olub. Döyüşlərdə dəfələrlə yaralanıb. Qarabağ müharibəsi veteranıdır. VKC növləri üzrə Azərbaycan Karate Federasiyasının I vitse–prezidentidir. 1992-ci ilin iyul ayının 2-də- 33 yaşında Xocavənd rayonunun icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Qarabağ savaşının məşhur isimlərində olan, "Azərbaycan Bayrağı” ordenli İbad Hüseynovun qardaşıdır. Azərbaycanın ən yaşlı icra başçısı- Şəmsəddin Xanbabayev Şəmsəddin Xanbabayev 1939-cu ildə Ordubad rayonunda anadan olub. Bir çox mühüm dövlət vəzifələrində çalışıb. Azərbaycan Politexnik İnstitutunun məzunudur. Naxçıvan MR-da rayon, şəhər partiya komitələrinin birinci katibi, Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR Baş nazirinin müavini, Naxçıvan MR Baş naziri və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışmışdır. 2004-cü ildən Xaçmaz RİH-nin başçısıdır. Xaçmaza rəhbərlik etdiyi dönəmdə rayonun abadlaşdırılması və yeni infrastrukturun qurulması istiqamətində nəzərəçarpacaq işlər görmüşdür. Ancaq bu ilin iyulunda "2 aprel şəhidləri”nin valideynlərinin ittihamına tuş gəldi. Şəhid valideynləri 2 apreldə cəbhədə şəhid olan xaçmazlı əsgərlərin məzarlarının qoyulması üçün rayon rəhbərliyinin fəaliyyət göstərməməkdə suçlayırdılar. Mətbuatın da müzakirəsinə səbəb olan bu məsələ sonradan müsbət həllini tapdı. Mətbuatda ən çox tənqid olunan başçı- Xaləddin İbrahimov Xaləddin İsgəndərov 2012-ci ilin aprel ayından Binəqədi rayonuna rəhbərlik edir. 1962-ci ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olub. Xalq arasında adına "narxoz” deyilən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Əmtəəşünaslıq" fakultəsini bitirib. Uzun müddət Vergi orqanlarında mühüm vəzifələrdə çalışıb. Binəqədi rayonuna İcra Hakimiyyəti başçısı təyin ediləndən sonra rayonun abadlaşdırılması istiqamətində müəyyən işlər görüb. Ancaq ötən ilin may ayında Azadlıq prospektindəki yaşayış binasında baş verən faciəvi yanğın Xaləddin İsgəndərovun gördüyü bütün işlərin üstündən xətt çəkdi. Qeyd edək ki, o zaman hadisə yerinə gələn icra başçısı 15 min manatlıq "Vertu Signature” telefonu ilə mətbuatın diqqətini çəlb etmişdi. Cüdoçu, məşqçi, idman ustası, idman hakimi...- Asif Əsgərov Şübhəsiz ki, Azərbaycanın ən poluyar icra hakimiyyəti başçılarından biri də Nəsimi RİH-nin başçısı Asif Əsgərovdur. Ötən il Nəsimi rayonuna təyin olunan Asif Əsgərov bundan əvvəl Səbayel rayonuna rəhbərlik edib. Daha əvvəl isə Zaqatala rayonuna rəhbərlik edib. 1966-cı ildə Naxçıvan şəhərində anadan olub. Bədən Tərbiyəsi İnstitutunu sonra isə Dövlət İdarəçilik akademiyasını bitirib. 1994-cü ildən "ATTİLA" idman klubunun sədri, cüdo üzrə Azərbaycan yığma komandasının rəisi olmuş, Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir. Çoxlu vəzifə sarıdan bəxti gətirən Asif Əsgərov elmi-pedaqoji fəaliyyətlə də məşğul olmağa vaxt tapır. Asif Əsgərov Nəsimi rayonuna rəhbərlik etdiyi ilk vaxtlar sabiq komitə sədri Rafiq Əliyevlə ciddi qalmaqal yaşadı. Belə ki, o zaman Nəsimi RİH-i Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) keçmiş sədri Rafiq Əliyevin sahibi olduğu və Vaqif prospekti, 103 ünvanında, 987-ci məhəllədə yerləşən "İrşad” otelin yanındakı 1 sota yaxın ərazidə tikinti işlərinin aparılması üçün 300 min manat rüşvət istəməkdə ittiham olunurdu. Rafiq Əliyev Asif Əsgrovla yaranmış bu problemi sonradan ölkə mətbuatının da gündəminə çıxartdı. Professor icra başçısı- Vaqif Abdullayev Əslən qərbi Azərbaycanın Basarkeçər rayonundan olan Vaqif Abdullayev 1956-cı ildə anadan olub. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi almışdır. 2007-2012 ci illərdə Xızı rayonuna, 2012-ci ildən isə Beyləqan rayonuna rəhbərlik edir. 6 əsərin müəllifidir. Əsərləri 5 dilə tərcümə olunub. Heydər Əliyev və Azərbaycan diplomatiyası, neft strategiyası, milli şüur, siyasi mədəniyyətin təkmilləşdirilməsi istiqamətində elmi tədqiqatlar aparıb. Bu ilin may ayında rayonun 1 və 4 nömrəli məktəblərində Yaponiya Səfirliyinin qrantı hesabına tikilən sanitar qovşağın (tualetin) açılışında iştirak etdiyi üçün uzun müddət mətbuatın gündəmindən düşmədi. Xatırladaq ki, o zaman sanitar qovşağın açılış mərasimində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevlə yanaşı Yaponiyanın Azərbaycandakı səfiri də iştirak etmişdi. "Fərari”likdə ittiham olunan başçı- Aqil Nəzərli Aqil Nəzərli 1976-cı ildə Laçın rayonunun Güləbird kəndində anadan olub. Azərbaycanın ən gənc icra hakimiyyəti başçılarındandır. Üç aydır ki, Laçın RİH-nə başçı təyin edilib. Təfəkkür Universitetinin hüquqşünaslıq fakültəsinin məzunudur. Sonradan təhsilini Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə davam etdirmişdir. Laçın RİH-nə başçı təyin olunmamışdan öncə İH-də şöbə müdiri, RİH başçısının müavini vəzifələrində çalışıb. 2012-ci ildən Yeni Azərbaycan Partiyasının Laçın rayon Təşkilatının sədridir. Aqil Nəzərli Laçın RİH-nə başçı təyin olunduqdan sonra rayonun bir qrup sakininin sərt ittihamına tuş gələrək fərarilikdə günahlandırıldı. Hətta sonradan bir qrup Laçın rayon ziyalısı Respublika Prezidenti İlham Əliyev cənablarına mətbuat vasitəsi ilə açıq məktub ünvanlayaraq məcburi köçkün həyatı yaşayan laçınlılara fərari başçı təyin olunmamasını xahiş etdilər. Qeyd edək ki, sonradan Aqil Nəzərli bu ittihamlara müharibə zamanı orduya getmək üçün yaşının çatmadığını və hal-hazırda ehtiyatda olan zabit olduğunu deyərək cavab verdi. Rayona başçı təyin olunduqdan sonra Respublikanın müxtəlif yerlərində məskunlaşan laçınlılarla mütəmadi görüşlər keçirən Aqil Nəzərli hələ ki, əhəmiyyətli bir işə nail ola bilməyib. SOCAR-ın kadrı- Asif Hüseynov Azərbaycanda ən gənc icra hakimiyyəti başçılarından biri də Siyəzən RİH-nin başçısı Asif Hüseynovdur. 1981-ci ildə Sabirabad rayonunda anadan olan Asif Hüseynov ötən il oktyabr ayında bu vəzifəyə təyin olunub. Bundan əvvəl isə Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin rəis müavini vəzifəsində çalışmışdır. Azərbaycan Texniki Universitetini iqtisadçı və Bakı Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə təhsil alıb. İqtisad üzrə fəlsəfə doktorudur. Siyəzən RİH-nə başçı təyin olunduğu bir il ərzində rayonda sosial rifah halının yüksəldilməsi istiqamətində ardıcıl işlər gördüyü deyilir. Hələ ki, mətbuatda haqqında ciddi neqativ informasiyalar getməyib. Və sadəcə Əhəd Abıyev Əhəd Abıyev Azərbaycanın ən qalmaqallı RİH başçılarındandır. Düzdür, o qalmaqallara daha çox deputat olanda imza atsa da, yenə də gündəmi zəbt etməyi bacarır. Əhəd Abıyev 1958-ci ildə Masallı rayonunda anadan olub. Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Deputat olduğu müddətdə aktiv fəaliyyət göstərib. Deyilənlərə görə rus və ingilis dillərini bilir. 2011-ci ildə Daşkəsən rayonuna başçı təyin edilib. Daşkəsənə rəhbərliyə başladığı dönəmdən rayon ərazisində bir sıra abadlıq quruculuq işləri həyata keçirsə də təbiət bəzən RİH başçısını bu işləri yenidən görməyə məcbur edir. Ən son qalmaqalı hazırda bir sıra cinayətlərdə ittiham olunaraq həbs edilmiş keçmiş MTN general Akif Çovdarovla olub. Geri dön |