Ana Sayfa > Cəmiyyət / Manşet > AMEA-nın dosentindən Baş nazirə qalmaqallı müraciət

AMEA-nın dosentindən Baş nazirə qalmaqallı müraciət


12-05-2016, 09:54. Yazar: admin
[b]AMEA-nın dosentindən Baş nazirə qalmaqallı müraciət
“Təzadlar”a Azərbaycan MEA Memarlıq və İncəsənət İnstitutu “Şəhərsalma şöbəsi”nin a.e.i., dosent Elşad Ələsgər oğlu Hüseynov tərəfindən Baş nazir Artur Rasizadəyə ünvanlı müraciətin tam mətni təqdim edilib. Aşağıda ixtisarla təqdim edirik:
Çox hörmətli cənab Baş Nazir!
AMEA titullarında, AMEA-nın Memarlıq və İncəsənət institutunda (bundan sonra – AMEA Mİİ) hazırlanmış “İçərişəhər Azərbaycan tarixində” kitabı (bundan sonra – Kitab) 2016-cı il üçün “Memarlıq” sahəsində Dövlət Mükafatına təqdim edilməsi ilə əlaqədar, Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına təqdim edilmişdir. Bununla əlaqədar, aşağıda təqdim olunan “Resenziya” xarakterli Rəyimi nəzər-diqqətinizə təqdim edirəm. Bildirirəm ki,
I.1. Kitab – iki dildə, azərbaycan və rus dillərində AMEA Mİİ-də hazırlanmış və 19 fevral 2016-cı il tarixli AMEA Mİİ Elmi şurasında məhz, “Fundamental əsər” kimi təqdim edilərək, 2016-cı il üçün “Memarlıq” sahəsində Dövlət mükafatına təqdim edilməsi barəsində təşəbbüs irəli sürülmüşdür.
I.2. Kitab – AMEA-nın prezidenti akademik Akif Əlizadənin ümumi redaktəsi ilə nəşr edilmişdir.
I.3. Kitabın Dövlət mükafatına təqdim edilməsi təşəbbüsü AMEA-Mİİ Elmi şurasının üzvləri tərəfindən hamılıqla dəstəklənmiş və həmin gündən aidiyyəti üzrə Kitabın təqdimatı prosesinə start verilmişdir.
I.4. Kitab – 2015-ci ildə, Bakı; “Şərq-Qərb nəşriyyat evi”ndə çapdan çıxmış və 231 işçi səhifə həcmindədir.
II.1. Kitabın müəllifləri 6 nəfərlik müəllif heyyətindən ibarət olmaqla; – institut əməkdaşları: AMEA-nın müxbir üzvü Ə.Ə.Salamzadə; memarlıq doktoru R.B.Əmənzadə; memarlıq üzrə fəlsəfə doktoru R.Ş.Əliyeva; sənətşünaslıq üzrə fəlsəfə doktorları A.A.Sadıqova və X.A.Zeynalov, eləcə də, Dövlət Rəssamlıq akademiyasının əməkdaşı, sənətşünaslıq doktoru S.Y.Sadıqovadır.
II.2. Əslində, belə bir kitab-AMEA Mİİ rəhbərliyinə loyal olan əməkdaşların və hətta başqa bir təhsil müəssisəsinin sənətşünas əməkdaşının qeyri-peşəkar çevrəsində deyil, məhz, barəsində söz gedən bu – memarlıq tarixi sahəsindən çıxış etməklə, “İçəri Şəhər” Dövlət Tarix-Memarlıq Qoruğu (bundan sonra – DTMQ) sahəsində aparıcı əməkdaşların və digər tanınmış simaların çevrəsinin də, bu işə qatılması ilə daha yetkin səviyyədə “monoqrafik” toplular çoxcildliyi kimi, “İçəri Şəhər”in cari problemləri komplekslərinin elmi-konseptual məcmusu kimi hazırlanmalı və hal-hazırda ən azı özünün “Kitab-albom” titullarından çıxış etməməli idi.
II.3.1. Ə.Ə.Salamzadə. AMEA-nın müxbir üzvü, AMEA Mİİ-nin direktoru, sənətşünaslıq doktoru, professordur. İçəri Şəhər tədqiqatlarından tamamilə uzaq bir şəxsdir. Tədqiqat sahəsi – “heraldika və dizayn”.
II.3.2. R.B.Əmənzadə. AMEA Mİİ-nin Memarlıq tarixi və nəzəriyyəsi şöbəsinin müdürü və memarlıq doktorudur. Tədqiqat sahəsi – “memarlıq tarixi”.
II.3.3. R.Ş.Əliyeva. AMEA Mİİ-nin Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdürü və memarlıq üzrə fəlsəfə doktorudur. Tədqiqat sahəsi – “Dövlət-Tarix qoruqları”. Adı, AMEA Mİİ-də qalmaqallı plagiat problemləri ilə birgə çəkilməkdədir. AMEA Mİİ direktoruna olduqca yaxın şəxsdir.
II.3.4. A.A.Sadıqova. AMEA Mİİ Təsviri, dekorativ tətbiqi sənətlər və heraldika şöbəsinin aparıcı elmi işçisi və sənətşünaslıq üzrə fgəlsəfə doktorudur. Tədqiqat sahəsi – “azərbaycan xalçası”. Direktorun qapısını döymədən içəri keçən yeganə institut əməkdaşıdır.
II.3.5. X.A.Zeynalov. AMEA Mİİ-də Təsərrüfat işləri üzrə direktor müavini, sənətşünaslıq üzrə fgəlsəfə doktorudur. Tədqiqat sahəsi – “sənətşünas-kulturoloq”. Direktora son dərəcə yaxın şəxsdir və bu vəzifəyə, yeri boşaldılaraq Azərbaycan İncəsənət universitetindən gətirilmişdir.
II.3.6. S.Y.Sadıqova. Dövlət Rəssamlıq Akademiyasının İncəsənət tarixi kafedrasının müdüri, sənətşünaslıq doktorudur. İxtisası – “mədəni-maarif”, tədqiqat sahəsi – “azərbaycan zərgərlik sənəti”. AMEA Mİİ direktoruna olduqca yaxın olan şəxsdir.
II.4. Ələ götürüldükdə, “İçəri Şəhər” DTMQ-nin memarlıq ansamblı barəsində tutarlı və səbatlı bir kitab olacağı əhvalını aşılayan bu Kitabın hazırlanmasında, sayıram ki, yeganə tədqiqatçı-memar mütəxəssis – memarlıq doktoru Rayihə B. Əmənzadədir. Raya xanım sözün əsl mənasında işini bilən və elmi ilə özünə hörmət qazanmış bir alimdir və bu müəllif heyyəti içərisində o da, görünməz olmuşdur. Raya xanım, sayseçmə 4 sənətşünasın içərisində bu Kitab biabırçılığı üzərinə çəkilmiş “memarlıq pərdəsindən” sair bir şey deyildir. Yerdə qalanlar isə – Komandadır!

“Azərbaycan Memarlıq və İncəsənət institutunun sənətşünas direktorunun bu layihədə Dövlət Mükafatı istəyi və ambisiyaları nə deməkdir?”

II.5. Əslində, ömrünü “İçəri Şəhər”in elmi-bərpa problemləri tədqiqatlarına sərf etmiş AMEA-nın müxbir üzvü, memarlıq doktoru, professor Cəfər Qiyasi; ümumilikdə Bakı, xüsusən də, “İçəri Şəhər”in kompleks problemləri sahəsində uzun illər çalışmış memarlıq doktoru, professor Nəriman Əliyev; bilavasitə tədqiqat obyekti və doktorluq işi “İçəri Şəhər” mövzusu olan Azərbaycan Memarlıq və İnşaat universitetinin professoru Sabir Orucov – bu müəllif qrupuna daxil edilməli deyildilərmi? AMEA Mİİ-nin sənətşünas direktorunun bu layihədə Dövlət Mükafatı istəyi və ambisiyaları, məhz, öz fonunda sənətşünaslardan ibarət anturajı formalaşdırmalı idi və necə planlaşdırılmışdısa, eləcə də, nəticə təzahür etmişdir. Yekunda, uzun tədqiqat illərinin nəticəsi olaraq “İçəri Şəhər” barəsində bütün mövcud problemlər kompleksinin analitik təhlilləri və çoxpilləli sistemli tədqiqatlar konsepsiyalarını əks etdirəcək fundamental əsərlər çoxcildliyi əvəzinə, sonda məhz, yabançı, inert və indifferent, şişman görünsün deyə vərəqləri kardondan olan Kitab-albom üzlərə çıxmışdır.
II. Kitabın AMEA Mİİ-də hazırlanması və təqdimatı.
II.1. Qeyd edilməlidir ki, AMEA Mİİ-dəki bütün “başlanğıclar” kimi bu Kitab da, öz növbəsində tam məxfilik şəraitində və demək olar ki, barəsində tam konfidensiallığı gözlənilməklə işlənmiş, çapa verilmiş və müzakirəsi AMEA Mİİ Elmi şurasına çıxarılaraq təqdimata hazırlanmışdır.
II.2. “Kitab-albom” kimi hazırlanmış bu Kitab, özü-özlüyündə “Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatları Komissiyası (bundan sonra – Komissiya) Əsasnaməsinin 8-ci bəndində qeyd edildiyi kimi “... elmin, mədəniyyətin və ədəbiyyatın inkişafına mühüm töhfələr təşkil edən əsərlərə, fundamental və tətbiqi elmi araşdırmalara, iqtisadi inkişaf və digər sahələrdəki elmi kəşflərə və ixtiralara, qabaqcıl sənaye-texniki təcrübənin tətbiqinə və nəzəri tədqiqatlara, habelə yeni material və mexanizmlərin yaradılmasına görə ...” verilməsi nəzərdə tutulan mükafatın irəli sürdüyü bu kimi tələblər məcmusunun heç bir şərtinə texniki cavab verməyərək tamamilə “elmi-fundamental əsər” kateqoriyalarından çıxış etmir.
II.3. AMEA Mİİ Elmi şurasında və AMEA-dakı ilkin müzakirə mərhələlərində “Fundamental əsər” kimi təqdim edilmiş bu kitab (http://mii.az/fundamental-əsər-memarliq-sahəsində-dovlət-mukafatina-təqdim-olundu/) nəinki “fundomental” və nəinki “monoqrafik” akademik tələblərə cavab vermir, əslində, bu kitab həddən artıq “fotoqrafik”liyi ilə səciyyələnərək və “foto-illüstrativ suvenir-xatirə ədəbiyyatı” kimi populist xarakter daşıyaraq, məhdud ensiklopedik və qarışdırılmış “maksiqrafik” məzmunlu “Məlumat-Sorğu katabı”dır. Adətən bu qəbildən olan kitablar ölkəyə gəlmiş qonaqlara, nümayəndə heyyətlərinə, beynəlxalq kitabxanalara, turizm şirkətlərinə və s.-yə təbliğ məqsədləri ilə təqdim edilir və buknistlərdə realizə olunur.
Qeyd olunanlara sübut kimi Kitaba verilmiş Xülasədə oxuyuruq: ”... Burada qala divarları, yaşayış binaları, məscidlər, Bakının dəyişməz simvolu olan əzəmətli Qız Qalası, möhtəşəm Şirvanşahlar sarayı, İçərişəhər ərazisində yerləşən digər tarixi və mədəniyyət abidələri haqqında geniş məlumat verilmişdir... Nəşrdə ilk dəfə olaraq Azərbaycan incəsənətində İçərişəhər mövzusunu əhatə edən zəngin illüstrativ material toplanmış və təqdim edilmişdir.”
II.4. Kitab – AMEA Mİİ Elmi şurasıbda qeyri-elmi əsər kimi təqdimat edilmiş və şübhəsiz ki, heç bir “elmi yeniliyi” əks etdirməyən, analitik təhlilləri müvafiq metod və metodologiya ilə sistemli və müqaisəli şəkildə özü ilə daşımayan və özünün yüksək poliqrafik səviyəsi ilə iri həcmli albom xarakterli bu kitab özünün təqdimatı zamanı məhz, “fundamental əsər” kimi qələmə verilmişdir.
II.5. Kitabın – “İçərişəhər Azərbaycan tarixində” adı bütün kanonlar baxımından yanılışdır. Belə ki, ilk-əvvəl qeyd edilməlidir ki, “İçərişəhər” ifadəsi güzgün ifadə deyildir. Bu ifadə özünün konkret xüsusi isim izahı və anlamı ilə, misal üçün, mənası mücərrəd olan “Yasamal” demək deyildir və müasir Azırbaycan dilindəki ahəng qanununa görə bu deyim – “İçəri Şəhər”dir və bu birmənalıdır. Bunun, elə Bakı timsalında “Bayır şəhər”, “Qara şəhər” və hazırda “Ağ şəhər” kimi prototipləri də, vardır. Ən azı, adı “İçərişəhər Azərbaycan memarlığında” olmalı ikən, Kitabın “İçərişəhər Azərbaycan tarixində”ki kimi traktovkası, 2-ci dərəcəli resetiv “memarlıq” anlayışı, dominant “tarix” anlayışı ilə ona görə zəiflədilir ki, müəllif heyyətinin birdən birə İçəri Şəhər tədqiqatları obyektindən uzaq olan 4 üzvü öz sahələrini absurd olsa da, reallaşdıra bilsinlər.
Kitabdakı “İçəri Şəhər” DTMQ memarlıq ansamblına aid tikili və abidələrin memarlıq irsinin, “İçərişəhərin şəhərsalma inkişafı” kimi qələmə verilən Bakı qalasının tarixi şəhərsalması tədqiqatları fonunda, xalçaçının, zərgərşünasın, folklor “tuman-köynək” həvəskarının, filatelizmi və rəssamlığı bu Kitaba sırıyanın bu kitabda yaratdıqları sənətşünas xarüqələri həqiqətən də, bu “İçəri Şəhər” memarlığı qarşısında parlaq səhifələr açmaqdadır. 231 səhifəlik kitabın 142 səhifəsi memarlığa və 89 səhifəsi isə, sənətşünaslığın müxtəlif sahələrinə aiddir.
II.6. 142 səhifəlik bəsit memarlıq yazısında bir sıra memarlıq amilləri sahəsində ciddi səhvlərin olması faktının özünü yanda buraxaeaq, 89 səhifəlik sənətşünaslıq mətni üzrə birdən birə 4 nəfərin “Dövlət Mükafatı Laureatı” diplomuna sahib çıxması və döş nişanını da, yaxasına taxmasında israrlı olmaları həqiqətən də, kənardan baxanda sağlam hal kimi görünmür.
“Elm, mədəniyyət və ədəbiyyat üzrə Azərbaycan Respublikasının Dövlət mükafatı” – heç doktorluq dissertasiyası səviyyəsində belə olmayan bir Kitab-albom; birdən birə 6 nəfərə ömrü boyu “Dövlət Mükafatı Laureatı” adı altında gedişməyə imkan verəcək qədər ucuz ola bilməz!
II.7. Qeyd edilməlidir ki, müəllif qrupunun təyin edildiyi, Dövlət Mükafatına iddia edəcək bu elmi işə məqsəd götürüldüyü andan, Kitabın işlənməsi və digər mərhələləri AMEA Mİİ-nin elmi ictimayətindən gizli saxlanması və sonda da, memarların bu və ya digər münasibətlərinin bildirilməsinin əngəllənməsi məqsədi ilə Kitabın heç bir kitabxanaya və ya fonda təqdim edilməyərək bütün nüsxələrinin AMEA Mİİ-nin arxivində izolyasiyada saxlanması faktına da, diqqət verilməlidir.
Bu gün bu kitab barəsindəki siyasət ondan ibarətdir ki, bu Kitabın hədəfi və digər göstəriciləri barədə məlumat yoxdur, Kitab özü də yoxdur, ümüumictimai fikir yürüdülməsi üçün bu Kitabla kontakt əldə etmək şansı sıfıra bərabərdir və mükafatlandırmadan öncə elmi ictimayətə təqdim edilməsi qəti olaraq mümkünsüzdür.
III. Kitabın texniki parametrlərinə dair.
III.1. 660.0 sm2 səhifə sahəsi olan (30.0 x 22.0) Kitab özünün “fotomantaj” xüsusiyyətinin dominantlığı ilə səciyyələnir. Kitabın mətn-yazı zolağı isə, 25.5 x 14.0 sm.sm.-dir.
III.2. Bu “fundomental əsərin” fotokollaj sahəsinin olduqca böyüklüyü səthlərin tərəfimizdən müəyyən edilməsi ilə nəticələndi və aşağıdakı nəticəni təqdim edilir:
Kitab səhifələrinin ümumi səthi – 152 460.0 sm2;
Səhifələrdə fotoların ümümi səthi – 94 446.0 sm2;
O cümlədən; fotolar altında tam səhifə – 73.0; fotolar altında 0.5 səhifə – 37.5; fotolar altında 1/3 səhifə – 8.6 və hər iki qoşa səth üzrə fotolar altında – 12.0.
152 460.0 sm2 – 94 446.0 sm2 = 58 014.0 sm2 (Kitabın yazı-mətn səthi);
58 014.0 sm2 : 660.0 sm2 = 87.9 səhifə;
Kitabın foto və rəsmlərdən azad yazı-mətn səthi, cəmi 87.9 ≈ 88.0 səhifə.
Bununla da, 231 səhifədən ibarət olan bu “fundomental əsərin” mətni cəmi 88 səhifədən ibarətdir və yerdə qalan səhifələr isə, “Azərfoto”nun fotoqrafiyalarını sərgiləyir.
[b]
“Həmmüəlliflərin Dövlət mükafatına bu qədər iddialı olduqları halda, hələ heç birinin heç “Thomson məqaləsi” belə yoxdur və bu onların bir çoxu üçün ümumən əlçatmaz və mümkünsüzdür!”

III.3. Olduqca vacib və prinsipial məsələ kimi qeyd edilməlidir ki, bu qəbildən olan çoxmüəllifli kitabların titul vərəqlərində mətnin hansı hissələrinin kim tərəfindən yazıldığı ya fəsillərlə, yaxud da, bu verilmədikdə, səhifələrlə qeyd edilir. Burada isə, məsələ oxucu üçün məqsədli şəkildə qaranlıq saxlanılmışdır.Halbuki, Əsasnamənin 19-cu bəndinin 3-cü cümləsində təsbit edilmişdir: “... Kollektiv namizədlik irəli sürüldükdə vəsatətlə birlikdə hər bir müəllifin əsərin yaradılmasında iştirakını səciyyələndirən məlumat təqdim edilir. Təsviri sənət və memarlıq sahəsinə aid əsərlər üzrə həmin məlumat qurum, müəssisə və təşkilatın rəhbəri və ya irəli sürülmüş əsərin müəllifləri tərəfindən imzalanmalıdır. Kollektiv əsərin rəhbərinin olub-olmadığı ayrıca göstərilməlidir.”
III.4. Bu əsərin rəhbəri AMEA Mİİ direktorudur. Heraldika sahəsinin məhz, ona aid olması ilə müəyyənləşir ki, elə kitabın ən kiçik hissəsi, “Azərbaycan Dövlətçiliyinin rəmzləri” başlığı altındakı bölməsi üzrə cəmi 3 səhifə yazı mətni və mükafat məbləğinin də, ən iri (1/7 + 1) hissəsi də, elə ona aiddir.
Əladır, Kitabın cəmi, 7 səhifəlik foto-illüstrativ bölməsi üzrə 3 səhifəlik kiçicik məqalə mətni və “Dövlət Mükafatı”.
Kiminsə, buna reaksiyası qabararsa, onda 88 səhifəni 6 nəfər arasında qardaş malı kimi bölsək, əsərin rəhbəri üçün – 14.6 vərəq yazı payı düşmüş olur. Bu da, öz növbəsində, aspiranturaya girərkən delitant tədqiqatçıdan tələb edilən fərdi qaydada yazılmış bir referat həcmli yazı və yaxud da, minimal həcmi bir “Thomson məqaləsi” deməkdir. Thomson məqaləsinin isə, stimullaşdırıcı mükafatı Dövlət Mükafatı deyil, AMEA tərəfindən 100.00 AZN məbləğində müəyyən edilmişdir.
Lakin bu da, qeyd edilməlidir ki, həmmüəlliflərin Dövlət mükafatına bu qədər iddialı olduqları halda, hələ heç birinin heç “Thomson məqaləsi” belə yoxdur və bu onların bir çoxu üçün ümumən əlçatmaz və mümkünsüzdür! Və şübhəsiz ki, bu Kitab, Azərbaycan Respublikasında elmin proqressiv perspektivlərində dinamik və dayanıqlı inkişafa və mütərəqqi nəticələrə nail olmaq məqsədi ilə qəbul edilmiş, Azərbaycan Respublikası Prezidentinin 4 may 2009-cu il tarixli, 255 №-li Sərəncamı rəhbər tutularaq, Web of Science bazasının (www.thomsonreuters.com) “Citation Index” seriyasından olan “Thomson Reuters” nəşrlərinin birinə təqdim edilsəydi, həm bu kimi “fundamental Kitab-albom”ları ilə “gözlərə kül üfürənlər” və həm də, hörmətli Hökumət Komissiyası Heyyəti tam əmin olun ki, aldadıcı yüksək poliqrafik səviyyəsinə heç bir əhəmiyyət verilmədən, onun layiqincə qisməti, “Thomson Reuters”in Kanadadakı Baş qərərgahının ofisindəki Resenzentinə ən yaxın olan kağız tullantıları qutusuna atılmaq olardı.
IV. Kitabın daşıdığı müddəalara dair iradlar.
IV.1. Ilk-öncə qeyd edilməlidir kİ, “fundamental” – “fundamental”, ancaq Kitabda bircə dənə də, olsa, elmi və mülki mühəndis araşdırmaları, sosial və sosialoji araşdırmalar, keçirilməli olan monitorinqlərin nəticəsi, eləcə də, “İçəri Şəhər”in Baş Planı, mövcud Situasiya Planı, Onun küçə-keçid və məhəllə-dalan karkaslarının səciyyəsi, məhəllələrinin adı çəkilirkən, onların qala divarları arasındakı Dislokasiya Planı (fraqmentlər üzrə), “Bakı Qalası”nın ümumilikdə şəhər və şəhərsalma tipi, kateqoriyası, Onun şəhərsalma fəlsəfəsi və başlıca diterminantları, müdafiə və təxliyyə məqsədləri ilə, Şirvanşahların Bakı-Qış İqamətgahı olan – Şirvanşahlar sarayı ilə Bakı Qalasının darvazaları arasındakı keçid labirintliyinin, yaxud düzənlənməsinin analizi, baş küçələrlə şəhərdən çıxışın və ya şəhərə ekstern yığışmanın rasionallığının səciyyələndirilməsi, 1-ci cərgə Qala divarları ilə 2-ci cərgə divarlar arasındakı və eləcə də, Sitadel arasındakı müdafiə və hidro-texniki qurğuların təhlili və eləcə də, Bakı Qalasının liman-bazar meydanı və liman rayonu barəsində təhlilləri, nəyə görə şəhərdə öz dövrünün Azərbaycanın çağdaş şəhərləri prototiplərindən fərqli olaraq “Kişvər” və “Ləşgər meydanları”nın olmamsı xüsusları və s. və s. Kitabda öz əksini tapmamışdır.
Eləcə də, abidələrin texniki-inventar durumu və bir çoxlarının qəza vəziyyətindəki istismarı, Mövcud qanunvericiliyin “İçəri Şəhər” DTMQ kompleksi abidələrinin qorunmasında faktiki mexanizmlərə nail ola bilməməsi və bir neçə il öncə DTMQ-də tətbiq edilən “Qlobal Konservasiya Proqramı” müddəalarının həyata keçirilməməsi və s. bu kimi problemlər kompleksi yanda buraxılmışdır. Əslində, Dövlət mükafatını nəyin bahasına olsa da, əldə etməyi bu öz həmmüəllifləri ilə birlikdə hədəf götürmüş və yuixarıda “Bakı Qalası”nın qeyd edilmiş prinsip və tədqiqat prospektləri üzrə analitik təhlillər yürüdmək səviyyəsində elmi fəhmi və zəkası olmayan, lakin bir o qədər də, ambisioz olan, özünü tarixi-memarlıq abidələri sahəsində düha sayan Rahibə Şanxay qızı bilməlidir ki, o bu Kitabı vaxtında “elmi mülahizələri ilə” ilə doldursaydı və həqiqətən də, onu fundamental əsər səviyyələrinə qaldırsaydı, onda, “İçərişəhər rəssamların yaradıcılığında (157-182)”, “İçərişəhər memarın gözü ilə (182-190)” qeyd edilməsinə baxmayaraq yenə də, 33 səhifəlik rəssamlıq tabloları ilə doldurulmazdı!
IV.2. Xüsusi olaraq vurğulanmalıdır ki, Kitabda, Memarlıq tarixi və əsasən də, Nəzəriyyəsi üzrə elmi konseptlər tamamilə əksini tapmayaraq, müxtəlif mühafizə statuslarına və əhəmiyyət dərəcəsinə malik ayrı-ayrı “İçəri Şəhər” DTMQ tikililərinin barəsində son dərəcə lokank məlumatlar öz yanılış və hətta milli-ideoloji baxımdan kobud səhv mülahizələri ilə nəzər-diqqəti çəkməyə bilmir.

“Hörmətli Artur müəllim, hazırki hal fonunda bir bukletə görə 6 nəfərin iddiaçılığı falş kimi qiymətləndirilməli və qarşısı alınmalıdır. Əks təqdirdə “Azərbaycan Respublikasının Dövlət Mükafatı” laureatı məsələsi bəsitləşər və primitiv bir şeyə çevrilər”

Elə bircə abidəyə toxunmaq istərdim; belə ki, Kitabın 83-cü səhifəsində “Ləzgi Məscidi (məhəllə məscidi)” yarımbaşlığı verilmişdir. Yaşı – 847 (845) il olan, Yəmən və Misirdən sonra İslamın 4-cü ölkəsi olan Azərbaycanın Bakı Qalasında inşa olunmuş, 1501-ci ildə bu Qalanın fəthi zamanı Şah İsmayıl Xətainin üzünü tutaraq namaz qıldığı bu məscidin əsgi mehrabı üzərindəki kitabədə “Kufi” xətti ilə yazılmışdır: “Əmələ Əş`ara. Aşur ibn nəccar İbrahim Bakuvi...” Tərcüməsində gedir:”Ustaz Aşur dülgər (nəccar) İbrahim oğlu Bakuvinin 10-cu işi”. Məscidin üzərində iki dəfə Aşur sözü keçdiyinə görə (Aşur və Əşara) xalq arasında məscid “Aşur (Aşura) Məscidi” adı daşıyır.
“Samur ləzgiləri Mədəni mərkəzi”nin nəzdində 1996-cı ildən bu məscidi istifadəsinə götürmüş sünnü təriqətli ləzgi Dini İcması demək olar ki, məscidi özümkiləşdirmiş və adını dəyişərək “Ləzgi məscidi” etmiş və hətta məscidin onların milli memarlıq abidəsi olmasına və hətta “İçəri Şəhər”dəki etnik ləzgilərin məhəllə məscidi olmasına dair tərəflərindən iddialar irəli sürülməkdədir. Onsuz da, ləzgi akademik Sumbatovun Sovet dönəmində yazdığı şovinist kitablarının vərəqlərinin kseroks surəti ilə yatıb-duran bu “Samur ləzgiləri Mədəni mərkəzi”nin, Milli-mədəni və Milli-tarixi İrsimizə əl atmaları əslində yaşı 850-ni haqlamış Abşeron memarlıq məktəbi üslubunda inşa edilmiş məscidimizin tarixi ilə özlərinin mədəni tarixlərini yazırlar, halbu ki, ləzgilər də, digər Şimali Qafqaz xalqları kimi İslamı cəmi 350-400 ildir ki, qəbul etmişlər. Və bu gün Bakının mərkəzində, Onun ürəyi “İçəri Şəhərində” kimi “Mədəniyyətlərin Ekspansiyası” halına göz yummaqdayıq. Halbuki, Qarabağ ermənilərinin torpaqlarımıza istilası belə bir “Mədəniyyətlərin Ekspansiyası”ndan – alban “Xaçdaşlarımızın” (“Xaçkarlarımızın”) erməniləşdirilməsi və tərəfimizdən də, buna göz yumulması ilə başlamışdı. Qətiyyən buna izn verməməli olduğumuz bir şəraitdə, AMEA Mİİ memarlarının belə bir Kitabda bu kimi hala məhz, şərait yardması savadsızlıqlarından irəli gələn biabırçılıqdan, Milli tərbiyəsizlik və mənəviyyatsızlıqdan başqa bir şey deyildir!
Bu məscidin adına görə həm mən və həm də, görkəmli epiqraf alim Məşədixanım Nemətova ling salıb “Ləzgi məscidi” lövhəsini çıxarakən, bu ləzdilər tərəfindən olub ki, hətta hücuma məruz qalmışıq.
Bu vətənpərvər alimin SSRİ dönəmində Mahaçkalada keçirilən SSRİ Epiqraflarının Ümumittifaq Konfransındakı, Bakı “İçəri Şəhərinin” Aşur Məscidinin məhz, azəri-türk abidəsi olmasına dair çıxışı zamanı xanım alim həmin Sadvalçı ləzgilər tərəfindən xitabət kürsüsündən salınaraq saçlarının yolunması və təpiklənməsi baş vermişdi.
IV.3. Bu məscid barəsində cəmi 21 sətir həcmində verilmiş izah başdan-başa səhvdir. Məscid divarının konstruktiv hörgü daşları səbatsız olaraq divarın üzlüyü kimi qələmə verilmiş və abidənin kartuş elementindəki yazı yenə də, ciddi səhvlə, “ALLAH” sözü kimi qələmə verilirkən, orada isə, “MÜLK ALLAHA MƏXSUSDUR” ifadəsi həkk olunmuşdur.
Memarlıq tarixi tədqiqatçısının indiyədək 28 hərfdən ibarət ərəb əlifbasını bilmədən Dövlət Mükafatına bu qədər iddialı olması – ayıb haldır.
IV.4. “İçəri Şəhər”in ibadətgahları Onun relikviyasıdır! Belə bir Mədəni İrs barəsində bu “fundamental əsər” Bakı Qalasının dini etiqad tikililəri barəsindəki mətnlərin sətirlər həcmində, özü də, sadəcə hamıya məlum olan konteksdə – lokanik və şablon şəkildə verilməsi vəziyyəti, heç bir izaha lüzum duymur. Yaşı Nuhun (ə.s.) yaşına çatmış “Məhəmməd Məscidi” barəsində bir qədər çox – 26 sətir yazmaqla bizlərə lütf etmiş tarixçi memar “Təkyə”də öz kulminasiyasını yetişib – cəmi: 7 sətir.
İzah olaraq; “İçəri Şəhər Cümə məscidi” – 21 sətir; “Aşur Məscidi” – 21 sətir; “Məhəmməd Məscidi” – 26 sətir; “Xıdır Məscidi” – 19 sətir; “Gileyli Məscidi” – 20 sətir; “Molla Əhməd Məscidi” – 11 sətir; “Çin Məscidi” – 16 sətir; “Şeyx İbrahim Məscidi” 14 sətir; “Hacı Banu Məscidi” – 15 sətir; “Hacı Heybət Məscidi” – 10 sətir; “Mirzə Əhməd Məscidi” – 10 sətir; “Bəylər Məscidi” – 20 sətir; “Xanlar Məscidi” – 10 sətir; “Seyid Yəhya Murtuza Məscidi” – 21 sətir; “Məktəb-Məscid” – 9 sətir; “Kiçik Məscid” – 12 sətir; “Təkyə” – 7 sətir və Kilsə – 10 sətir. Ayıblar olsun!
Sanıram ki, analoji biabırçı hal DTMQ-nin digər abidə və tikililəri barəsində də, eyni fikirləri deməklə yanılmayacağıq!
V. Komissiya Əsasnaməsinə əlavələr üçün – təklifim.
V.1. Ümumiyyətlə, Komissiyaya təqdim edilmiş əsərlər və işlərə dair onların müəllifləri və ya həmmüəllifləri çoxluğu baxımlarından iqtisadi, sosial, bədi, texniki, texnoloji və s. elmi sahələr üzrə məzmun-həcm tələbləri şərtlərlə qoyulmalıdır. Hazırki hal fonunda bir bukletə görə 6 nəfərin iddiaçılığı falş kimi qiymətləndirilməli və qarşısı alınmalıdır. Əks təqdirdə “Azərbaycan Respublikasının Dövlət Mükafatı” laureatı məsələsi bəsitləşər və primitiv bir şeyə çevrilər.
V.2. Ədəbiyyat, mədəniyyət və əsasən də, elm sahələri üzrə “fundamentallıq” sözün həqiqi mənasında irəli tələb kimi çıxarılmalı və bu fundamentallığın özünün də, təməl Konsepsiyası və ayrı-ayrılıqdakı konseptləri olaraq indiqator-kanonları, digər göstəriciləri elmin hər sahəsi üzrə Direktivlər kimi ayrıca işlənərək, iddiaçı əsərlərin qəbulu zamanı Komissiyanın ekspertləri tərəfindən tam obyektivliklə tətbiq edilməlidir.
VI. Barəmdə.
VI.1. Artıq 30 ildir ki, “memarlıq tarixi və nəzəriyyəsi” ilə sıx məşğulam. Çalışdığım ötən illər ərzində, baş elmi-tədqiqat institutu olaraq AMEA Mİİ-də “İçəri Şəhər” DTMQ abidələri və xüsusən də, məscidlər üzərində ilk nəzarəti AMEA tərəfindən mütəxəssis olaraq tətbiq etmiş və abidələrin ilk qalmaqallı monitorinq prosedurlarını həyata keçirmişəm.
VI.2. “İçəri Şəhər” DTMQ abidələrində aparılmış bərpa işlərinin gedişinə və keyfiyyətinə vaxtaşırı nəzarət etmiş, eləcə də, qəbulunda iştirakçı olmuşam. Müxtəlif iradlarım və etirazlarıma baxmayaraq bərpa layihələrindəki qanunpozuntulu kənaraçıxmalarla daim etirazlarımı bildirmişəm.
VI.3. «“İçəri Şəhər” Dövlət Tarix-Memarlıq Qoruq Kompleksinin funksional abidələrinin istifadəçiləri (icarədarları) üçün bu abidələrin istismarına dair – Direktiv Sənəd»in (Elmi-Metodik vəsait hüquqlarında) müəllifiyəm.
VI.4. «Tarixi memarlıq abidələrinin (yeni müəyyən olunmuş abidələrin) qeydiyyata götürülməsinə, inventarlaşdırılmasına, texniki-inventar vəziyyətinin mövcud durumuna, baxış keçirilməsi proseduruna, monitorinqinə, barəsində məlumatın yığılmasına və əldə olunmuş informasiya bazasına istinadən aparılacaq tədqiqatlara olan tələblərə dair elmi-konseptual – Proqram Sənəd»in (Elmi-Metodik vəsait hüquqlarında) də, müəllifiyəm.
VI.5. Təhsil ixtisasım üzrə həm nəqliyyatçı və həm də, memaram. İqtisad elmləri üzrə fəlsəfə doktoruyam, memarlıq ixtisası üzrə dosentəm, texniki elmlər üzrə elmlər doktoru müdafiəsi ərəfəsindəyəm. Bir neçə elmin qovşağında və eləcə də, şəhərsalma üzrə tətbiq edilən bir Dövlət Proqramının müəllifiyəm – ekspertəm.
Sonda, bu Resenziyaya Şeyx Nizaminin bir beyti ilə yekun vermək istəyirəm:
« ... Qüvvət elmdədir, başqa cür heç kəs
Başqa birisinə üstün gələ bilməz! ... »
***
Redaksiya qarşı tərəfin də mövqeyini dərc etməyə hazırdır...[/b]
Geri dön