Ana Sayfa > Cəmiyyət / Manşet > Kollec direktoruna cinayət işi açıla bilər
Kollec direktoruna cinayət işi açıla bilər11-05-2016, 10:24. Yazar: admin |
Sabirabad Dövlət Sosial İqtisad Kollecinin direktoruna cinayət işi açıla bilər. Vizual.az-ın verdiyi xəbərə görə, Mahir Tarıverdiyevin Sabirabadın bazarkomu Seyid və oğlu ilə kollecin ərazisində qazdoldurma məntəqəsi açması haqda xəbərlərin tirajlanması hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb. Qeyd edək ki, bu haqda ilk xəbəri TİA.AZ yayıb. Bu şəraiti yaratmaqda kollec direktorunun mənfəət güdməsi şübhəsiz ki, var. Amma bu məntəqənin fəaliyyətə başlamasına necə icazə verildiyi qaranlıq qalır. Odur ki, tələbələrin həyatına təhlükə olan bir məntəqə ilə bağlı araşdırma başlanacağı istisna edilmir. Bu halda direktora qahmar çıxan olmasa məsuliyyətə cəlb oluna da bilər. Hər halda aidiyyatı qurumlar dərhal belə bir təhlükəli addım atılmasına reaksiya verməlidir. Çünki Hacıqabulda, Ağcabədidə, Ələt yolunda yanacaqdoldurma məntəqələrində baş verən partlayışlar insan tələfatına səbəb olub. Bu məntəqələr Nazirlər Kabinetinin razılıq olduqdan sonra fəaliyyətə başlaya bilər. Təlimata əsasən bu məntəqələr təhsil müəssisələri, yaşayış evləri, ictimai binalardan 50 metr məsafədə tikilə bilər. Ancaq bu "zapravka” kollecə yaxın tikilib. 95 müəllimin işlədiyi, 630 tələbənin təhsil aldığı kollecdə "zapravka” açan biznesmen direktor nə onların təhlükəsizliyini düşünür, nə məsuliyyətini. Xəbərdə o da deyilirdi ki, Tarıverdiyev semestr imtahanlarında yenə də pul yığdırmağı davam etdirir. Kollecdə oxuyana qiymət verilmir. Tələbənin qiymət almasının "qiyməti var. Yay semestr imtahanları qabağı yenə pul toplayan direktorun əməllərinin araşdırılmasına zərurət var. Geri dön |