Ana Sayfa > Cəmiyyət / Manşet > Sevindik Hətəmovun Salyan manevri: icra başçısı “mühasirə”də
Sevindik Hətəmovun Salyan manevri: icra başçısı “mühasirə”də28-03-2016, 11:55. Yazar: admin |
Yardımlı rayon icra hakimiyyətinin başçısı postundan Salyana transfer olunan Sevindik Hətəmov yeni iş yerində gözləmədiyi problemlərlə qarşılaşıb. Savash.org-un əldə etdiyi məlumata görə, Salyana gəldiyi ilk gündən gərgin atmosferdə çalışan Sevindik Hətəmov keçmiş başçı Tahir Kərimovun hələ də iş başında olan yaxın adamlarının boykotu ilə üzləşib. Daxil olan məlumata görə, Sevindik Hətəmova qarşı bu qiyamın başında Salyanın keçmiş icra başçısı Tahir Kərimovun bacısı oğlu, Salyan “Telekom”un rəhbəri Faiq Nəcəfov dayanır. Məlumata görə, keçmiş başçısının bacısı oğlu Sevindik Hətəmovun gəlişinə qədər Salyanda əsas söz sahiblərindən biri sayılıb. Belə ki, Faiq Nəcəfov faktiki olaraq icra başçısının “qara kassası” funksiyasını yerinə yetirib, dayısı Tahir Kərimovun görəvdən alınmasından sonra isə yeni başçısının onunla işləməyəcəyini bilən “bacıoğlu” Sevindik Hətəmova qarşı ilk qiyam qaldıranlardan olub. Faiq Nəcəfov isə hazırda yeni başçıya qarşı qaldırılan qiyamda tək deyil. Savash.org-a verilən məlumata görə, Faiq Nəcəfov RİH başçısının bir neçə müavinini də Sevindik Hətəmova qarşı qaldıra bilib. Onları “yeni başçı sizlə işləməyəcək” sözlərinə inandıran Faiq Nəcəfov bununla da Sevindik Hətəmovun “mühasirəsi”nə əlavə qüvvələr cəlb etməyi bacarıb. Bunun bariz nümunəsi kimi bir müddət öncə Sevindik Hətəmovun rəhbərliyi ilə Salyan RİH-də baş tutmuş qalmaqallı toplantını xatırlatmaq yerinə düşər. İclas zamanı Sevindik Hətəmovun Etibar adlı müavininə zəng gəlib və müavin başçının yanında telefona cavab verib. Bu da Sevindik Hətəmovun xoşuna gəlmədiyindən müavininə irad tutaraq onu zaldan qovub. Bu olay isə digər müavin Rəşad Cəbrayılovun ürəyincə olmayıb və icra başçısı ilə mübahisə edib. Mənbə bildirir ki, Rəşad Cəbrayılov Sevindik Hətəmova Etibarı iclasdan qovduğunu irad tutub. Cəbrayılovun icra başçısına irad tutması və özünü belə müştəbeh aparması yeni bir mübahisəyə səbəb olub. İcra başçısı Rəşad Cəbrayılova özünü Salyanın başçısı kimi aparmamağı, xüsusən də rəhbər-müavin münasibətlərindəki rəsmi qayda-qanuna riyayət etməyi tələb edib. Amma Cəbrayılov mübahisəni davam etdirib. Nəticədə Hətəmov əsəbiləşərək Cəbrayılovu da iclasdan qovub və ona xəbərdarlıq edib ki, bütün bu mənfi hərəkətlərinə son qoymasa, onunla bağlı ölçü götürəcək. Artıq Salyan RİH-də baş verən bu gizli çəkişmələrlə bağlı Prezident Adminstrasiyası məlumatlandırılıb və yaxın günlərdə məsələyə rəsmi müdaxilənən ediləcəyi gözlənilir. Geri dön |