Ana Sayfa > Cəmiyyət / Manşet > GDU-da rüşvət skandalı: VİDEOGÖRÜNTÜLƏR ORTAYA ÇIXDI
GDU-da rüşvət skandalı: VİDEOGÖRÜNTÜLƏR ORTAYA ÇIXDI2-03-2016, 09:37. Yazar: admin |
Gəncə Dövlət Universitetində (GDU) ara yenidən qarışıb. JAM.AZ xəbər verir ki, bu dəfə aranın qarışmasının səbəbkarı isə müəllimlərin tələbələrdən rüşvət tələb etməsi olub. Həmin tələbələrdən biri Xəyalə Məmmədova yazaraq bildirib ki, ondan imtahanlar üçün 70 manatdan pul tələb ediblər. Lakin imkanı olmadığından verə bilməyib. Cavabında isə bildiriblər ki, pul verməsə, kəsiləcək. Vəziyyətdən çıxmaq üçün anası ilə birlikdə GDU-nun rektoru Yusif Yusifovun da yanına gediblər, amma yenə də faydası olmayıb. Xəyalə Məmmədova yazır ki, onun kimi onlarla tələbə var ki, bilikləri olsa da, imtahan vermələrinə imkan yaradılmır. Prosesin başında dekan İldırım Qasımovun durduğunu vurğulayan tələbə, GDU-da artıq hər şeyin nəzarətdən çıxdığını da deyir. Amma başqa bir maraqlı məlumat daha əldə edib. Məlum olub ki, GDU-dakı rüşvət skandalının arxasında gizli yolla çəkilmiş videogörüntü də varmış. Daha doğrusu, prosesin təkanverici qüvvəsi elə həmin görüntülərdir. Məlumatı verən mənbənin iddiasına görə, bir neçə tələbə onlardan imtahan üçün rüşvət tələb edən müəllimlərin gizli şəkildə görüntülərini telefonun kamerasının yaddaşına köçürüblər. Hazırda həmin görüntülərin tələbələrdə olduğunu bildirən mənbə qeyd edib ki, onlar yaxın günlərdə Baş Prokurorluğa təqdim etmək niyyətində olduqlarını dilə gətirib. Mənbə həmin videonun yaxın günlərdə Vertikal.az-a da təqdim ediləcəyini qeyd edib. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri dön |