Ana Sayfa > Cəmiyyət / Manşet > ”Cahangir Əsgərov 180 avro borcu ödəyə bilmir”

”Cahangir Əsgərov 180 avro borcu ödəyə bilmir”


12-01-2016, 11:24. Yazar: admin
”Cahangir Əsgərov 180 avro borcu ödəyə bilmir”
Azərbaycan Ağır Atletika Federasiyasında böhranlı durum davam edir. Huyustonda keçirilən dünya çempionatında 6 idmançının qanında dopinq tapılması bir yana, federasiyada maliyyə çatışmazlığı da yaşanır. Federasiyanın adını açıqlamaqistəməyən yetkilisinin Meydan.TV-yə verdiyi məlumata görə, vəziyyət o qədər acınacaqlıdı ki, qurumun prezidenti Cahangir Əsgərov Avstriyanın Zaybersdrof şəhərində yerləşən laboratoriyaya olan borcunu ödəyə bilmir.

“Futbol+” qəzetinə açıqlama verən yığmanın sabiq baş məşqçisi Vahid Nəzərov da faktı təsdiqləyib. Onun sözlərinə görə, borc o qədər də çox deyil – cəmisi 180 avro. Federasiya bu laboratoriyada bir neçə idmançıdan götürülən qan nümunələrini yoxlatdırıb, ancaq pulunu ödəməyib. Pulunu ala bilməyən laboratoriya rəhbərliyi bununla bağlı federasiyaya məktub göndərib.

Nəzərov bildirib ki, laboratriya hələ sentyabrda federasiyaya borcun ödənilməsilə bağlı xəbərdarlıq məktubu göndərib. Ancaq Cahangir Əsgərovun prezidenti olduğu federasiya borcu hələ də ödəməyib.

Geri dön