Ana Sayfa > Cəmiyyət / Manşet > Sabirabadda səhiyyə sistemi iflic olub

Sabirabadda səhiyyə sistemi iflic olub


5-01-2016, 11:14. Yazar: admin
Sabirabadda səhiyyə sistemi iflic olub
Sabirabadın rüşvətə bulaşmış səhiyyəsi, Uşaq qatillərinin meydanına çevrilmiş xəstəxansı, sözün həqiqi mənasında səlahiyyət sahiblərinin biznes şəbəkəsinə çevrilib. Belə ki, Sabirabadın Mərkəzi rayon Xəstəxanasında uşaq ölümləri, bugünkü günümüzün ən çox müzakirə olunan problemlərindən biri olaraq, hələ də qalmadadır. Baxmayaraq ki, xəstəxanada baş alıb gedən soyğunçuluq və qətliamlarla bağlı, vətəndaşlar Səhiyyə Nazirliyinə və eləcə də hüquq-mühafizə orqanlarına dəfələrlə müraciətlər ediblər. Həmişə olduğu kimi xəstəxananın baş həkimi Əziz Mikayılov, sanki heç nə olmamış kimi həmişə sudan quru çıxmağa çalışıb. Görəsən buna səbəb nədir? Axı, zərərçəkmişlərin verdiyi məlumatlarda deyilir ki, uşaq və ana ölümləri Əziz Mikayılovu və ixtisasca sınıqçı adını daşıyan Qalib adlı müavinini, heç vaxt narahat etməyib. Qazandıqları çirkli pullar hesabına həm rayon prokurorluğunu, həm də digər aidiyyatı qurumların rəhbərlərini ram edirlər. Xəstəxanada puldan ötəri. hər cür qanunsuzluqlara da əl atılır. Xəstəxanaya aparılan xəstənin, xüsusilə də doğum şöbəsində əvvəlcə xəstənin yaxınları ilə həkimlər “bazar açırlar”, elə ki, sövdələşmə baş tutmur, o halda Əziz Mikayılovun doğuş üçün müəyyən etdiyi 480 manat pul verilmədikdə isə, xəstə həkimlərin “qurbanına çevrilir”. Xəstəxana indi nəinki Sabirabadın, eləcə də qonşu rayonların da vətəndaşlarına sanki ölüm düşərgəsini xatırladır. Mirzəyeva Tamilə Saatlı rayon sakinidir. Onunla söhbət zamanı o, başına gətirilənləri ürək ağrısı ilə danışdı. Xəstəxanada çəkdiyim iztirabı heç vaxt unuda bilmirəm. Bir neçə ay əvvəl, hamilə olan qızımı xəstəxananın doğum şöbəsinə apardıqda, adını bilmədiyim bir tibb bacısı mənə yaxınlaşdı. Doğrusu elə fikirləşdim ki, qızımın vəziyyəti barədə nəsə deyəcək. Yanılmışdım, sən demə qızımın səhhəti onların heç vecinə deyillmiş. Tibb bacısı qızımın adi doğuş keçirə bilmədiyini, uşağın cərrahiyyə əməliyyatı ilə götürülməli olduğunu bildirdi. Tibb bacısına cavabım çox qısa oldu. Necə lazımdırsa elə də edin, təki uşaq və qızım salamat olsun. “Xala bundan ötrü gərək əlin cibində ola, qiymət də bilirsənmi 480 manatdır. “Bu qədər pulun var” deyə, tibb bacısı mənə sual etdi. İndi imkanım yoxdur, sonra verərəm dedikdə, üzünü bozardan tibb baısı geri dönərək getdi. Qızımın tam baxımsız halda qaldığını biləndə içəri keçmək istədim, məni buraxmadılar. Xadimədən öyrəndim ki, qızımı ağır vəziyyətdə çarpayıya atan Güllü həkim öz kefindədir. Düz dörd saatdan çox bətnində çırpınan uşaq boğularaq öldü. Güllü həkimi çox axtarsam da, tapa bilmədim. Cavab verdilər ki, o, burada yoxdur.
Baş verən ölüm hadisəsindən sonra, Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng edib həkimlərin qeyri insani əməlləri və cinayətləri barədə bir çox məlumatlar verdim. Səhəri gün isə, Sabirabad rayon Prokurorluğuna gedib şikayət ərizəsi verdim. Ramin adlı müstəntiq məndən və qızımdan izahat aldı və o gedən də getdi. Nə Səhiyyə Nazirliyindən, nə də ki, Sabirabad rayon prokurorluğundan bu günə kimi, bizi bir kimsə itirib axtarmadı. Bu qayda da şikayət ərizəm ört-basdır edildi. Bu da təbii ki, Əziz Mikayılovun himayəsinə sığınan “killer həkimlər”in, bir çox cinayət əməllərini sərbəst şəkildə həyata keçirmələrinə şərait yaradır. Tamilə Mirzəyeva onu da bildirdi ki, nəvəsinin hansı səbəbdən ölməsi barədə, xəstəxanadan arayış verilməlidir. Bunu da ala bilmir. Bir neçə dəfə Qalib həkimin yanında olsa da, həkim adına ləkə gətirən Qalib həkim onu otaqdan qovub. Çünki, arxalarında xəstəxanadan 200 metr aralı məsafədə prokurorluq yerləşir. Cinayətkarlara qarşı mübarizə aparmalı olan prokurorluq əməkdaşları, göründüyü kimi Əziz Mİkayılovala həmrəy olaraq, xəstəxanada öldürülən uşaqların hesabına, ancaq özlərinin büdcələrini doldururlar. Gözləri yaş içində qalan Tamella Mirzəyeva isə üzünü mənə tutaraq bircə onu dedi: Bala, bunu Allah da götürməyəcək deyərək – beləcə mənimlə sağollaşıb getdi. Bizdən isə ancaq Tamella Mirzəyevaya səbr diləmək qalır. Bəli, Sabirabadın Mərkəzi rayon Xəstəxanasını killer və qatillərin yuvasına çevirən Əziz Mikayılovun əməllərini, Allah- Təala da götürməyəcək.

Geri dön