Ana Sayfa > Cəmiyyət / Manşet > Fazil Məmmədov bir qəzet redaktorunu həbsə yollayır...

Fazil Məmmədov bir qəzet redaktorunu həbsə yollayır...


24-12-2015, 12:39. Yazar: admin
Fazil Məmmədov bir qəzet redaktorunu həbsə yollayır...
"Mənim həbsimə heç bir əsas yoxdur. Vergilər Nazirliyinin barəmdə çıxardığı 71428 manat cərimə qərarı olduqca qərəzli və heç bir əsasa söykənməyən qərardır. Bu mövzu ilə əlaqədar olaraq Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına da müraciət ünvanlamışam". Bunu mətbuata açıqlamasında "Gündəm Xəbər" qəzetinin baş redaktoru Şirin Cəfəri deyib.

Fazil Məmmədov bir qəzet redaktorunu həbsə yollayır...

O daha sonra bildirib: "Etdiyim müraciətdən bir həftədən çox vaxt keçsə də, hələ də üzləşdiyim problemin həlli ilə bağlı hansısa araşdırma aparılmayıb. Ancaq bu gün saat 10.00-da Yasamal rayon Məhkəməsində qondarma vergi cəriməsinin növbəti prosesi keçirildi.

Keçirilən prosesdə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası veriləcəyi diqqətimə çatdırıldı. Növbəti prosesin 14 yanvar 2016-cı il tarixdə keçiriləcəyi və son çıxışların da olacağı elan olundu".

Geri dön