Ana Sayfa > Cəmiyyət / Manşet > "Əkiblər yeyirik, əkərik yeyərlər" - ETSN-nin gizli ağac bazarından REPORTAJ
"Əkiblər yeyirik, əkərik yeyərlər" - ETSN-nin gizli ağac bazarından REPORTAJ15-12-2015, 12:55. Yazar: admin |
Bu günlər ağac əkmək üçün ən əlverişli dövr hesab olunur. Bağçılıqla məşğul olanların sözlərinə görə, ağacı payızın sonu-qış fəslində əkmək daha məqsədəuyğundur, çünki bu vaxt torpaq yatmış olur və yaz fəsli gəldikdə isə ağac artıq yeni yerində inkişaf etməyə başlayır. Yəni payızın sonu-qış fəslində əkilən ağaclar yazda əkilənlərdən daha yaxşı bitib, inkişaf edir. Bir çoxlarımız ağac əkmə mövsümü, tinglərin qiyməti, haradan gətirildiyi, onlara quluq üsulu barədə çox az məlumatlıyıq. Modern.az saytının əməkdaşı mövsümü nəzərə alaraq, 8-ci kilometr qəsəbəsindəki ağac bazarına baş çəkib, qiymətlərlə maraqlanıb. Məlum oldu ki, bu il tinglərin qiyməti əvvəlki illərlə müqayisədə artıb. Bazarda istənilən ağac tingini tapmaq olardı. Hətta meyvəsi üstündə ağac tingi də satılırdı. Bəli, meyvəsi üstündə limon ağacını alıb aparın otaq şəraitində saxlamaq olar. Bazarda Eldar adlı tingsatan ağaclar haqqında məlumat verdi. Bildirdi ki, hazırda bahalı ağaclar sırasında palma öndə gedir. Sən demə palma ağacının tinginin qiyməti hətta 2-3 min dollara kimi qalxırmış. “1 illik palma ağacı 2-3 min dollaradır. Ən yaxşı palma Uqanda və Tanzaniyada bitir. Bizdə satışda olmur, amma sifariş veriləndə gətiririk. Burada gördüyünüz ağaclar müxtəlif qiymətədir. Qızılgül - 2 manat; Şam ağacı - 1,5 - 2 manat; Eldar şamı - 7-10 manat; Piramida yolka - 3 manat; Limonlu yolka - 25 manat; Palma - 40-100 manat (Qiymətin dəyişməsi tingin böyüklüyündən asılıdır); Meyvə ağacları - 3 manatdan 10 manatdək, Tut – 4-5 manat; Armud – 3-4 manat; Üzüm – 2-6 manat; Nar, alma, heyva, - 3-5 manat. Ağac bazarında 39 növ meyvə ağacının tingi satılırdı... Satıcı Eldar qeyd etdi ki, ağac tinglərini Azərbaycanın əsasən 3 bölgəsindən gətirilər: “Tinglər əsasən Tərtər, Bərdə və Lənkərandan gətirilir. Tərtər və Bərdədən meyvə ağacları və gül şitilləri, Lənkərandan isə yolka, şam, limon və subtropik meyvə ağacları gətirilir”. Ağac əkimidən danışan aqronom Rafiq Novruzovun sözlərinə görə, indi ağac əkməyin əsl vaxtıdır. “Oktyabr ayının 15-indən aprel ayının 15-nə kimi ağac əkmə fəsli sayılır. Amma bəzi ağaclar var ki, onlar ilin bütün fəslində əkmək mümkündür. Məsələn, şam ağacını ilin bütün fəslində əkmək mümkündür. Meyvə ağacları indi əkilə bilər və əsl vaxtıdır. Bu il ən çox Eldar şamı, zeytun, sərv, göyrüş ağacları daha çox əkilib”. Rafiq Novruzov bildirdi ki, xaricdən idxal olunan ağaclar özlərilə parazit gətirir. “Yerli ağaclar ölkəmizin hava şaraitinə uyğunlaşdığı üçün onları yetişdirmək və bəsləmək daha rahat və asan olur. Xaricdən gətirilən ağaclarda isə xəstəlik çox olur. Xəstəlik olmasa da, bura gələndən sonra müxtəlif xəstəliklər tapır. Xəstəlik tapmasının səbəbi isə buradakı hava şəraitinə uyğunlaşa bilməməsidir. Bu ağaclar tək özləri xəstələnmir, bizim yerli ağaclara da xəstəlik salır”. Bəs ağac tingini necə əkmək məsləhətdir? Mütəxəssislər deyirlər ki, diametri 60-80 sm, dərinliyi 50-60 sm olan çuxur qazılmalı, ağac tingini çuxura qoyub, dibini üzvi gübrə ilə (peyinli) torpaqla doldurmalı. Sonra tingin ətrafındakı torpaqla tapdanmalı, su tökülməlidir. Tingi əkdikdən sonra onu payaya bağlamaq məsləhətdir ki, külək tərpədə bilməsin... Bağ salmaq, ağac əkmək, ətrafı yaşıllıq aləminə qərq etmək ata-babalarımızın adəti olub. Ağaclar bolluq, sağlamlıq, təmizlik nişanəsi hesab edilib. Atalar nahaq yerə deməyiblər: "Əkiblər yeyirik, əkərik yeyərlər"... Gəlin bu nəsihətə əməl edək, ağac əkər. Əkməsək belə, olanları qoruyaq... Geri dön |