Ana Sayfa > Araşdırma > Banklar kiçik sahibkarlardan niyə ehtiyat edir
Banklar kiçik sahibkarlardan niyə ehtiyat edir4-04-2015, 10:07. Yazar: admin |
Böyük biznes subyektlərinə nisbətən KOS-ların (kicik və orta sahibkarlar) kredit riski yüksək olduğu üçün banklar onların kredit tələblərini qarşılamaqda ehtiyat edirlər. KOS-ların böyük müəssisələr kimi detallı maliyyə hesabatlılığı olmadığından banklar onlar haqda yetərli məlumatlara toplayıb kredit risklərini də qiymətləndirməyə çətinlik çəkirlər. KOS-ların bir qayda olaraq likvid girovlarının olmaması da bankların onlara marağını azaldır. Hazırda dünyada kiçik sahibkarlığın əsas maliyyə mənbəyi şəxsi kapitalları deyil, borc vəsaitləridi. Məsələn, ABŞ-da bu qəbildə n olan subyektlərin 77%-i fəaliyyətləri dövründə ən azı 1 dəfə də olsa, kredit götürmüş olurlar. Avropa Birliyində kiçik və orta sahibkarlıq subyektlərinin azı 76%-nin 1 və ya bir neçə banka kredit borcu olur. Inkişaf etmiş ölkələrdə, kommersiya banklarına kredit üçün müraciət edən kiçik və orta sahibkarlıq subyektlərinin əhəmiyyətli hissəsi həmin vəsaitləri ala bilir. Məsələn, ABŞ və Kanadada kreditə iddia edən hər 100 kiçik və orta sahibkarlıq subyektindən azı 80 subyekt üçün kredit xətti açılır. Hazırda inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə kredit zamanəti fondlarının sayı 2000-ə yaxındı. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin USAİD-in maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində apardığı tədqiqatda deyilir ki, şirkətlər borcları effektiv idarəetmə bacarıqlarına malik deyilsə, kreditlər biznesin inkişafından daha çox onların zəifləməsinə, hətta müəyyən mərhələdə iflasına səbəb olur. Xüsusilə də zəif inzibati resurslara malik kiçik və orta biznes subyektlərində iri şirkətlərə nisbətən kreditlərlə bağlı risklər daha yüksək olur. Bazar hakimiyyətinin iri şirkətlərə verdiyi rəqabət üstünlüyünü nəzərə aldıqda, KOS-ların fəaliyyətində potensial risklər daimi xarakter daşıyır. Bundan əlavə, hətta inişaf etmiş ölkələrdə belə KOS-ların kredit resursarına resurslarına əlçatanlığa mane olan bir sıra faktorlar mövcuddur ki, onlar kredit risklərini daha da artırır. Həmin faktorlara daxildir: Kiçik sahibkarlıq subyektlərinin əsasən 1 şəxsdən və ya ailədən güclü asılığının olması riski; Proqnozlaşdırılması çətin olan risk faktorları (xəstəlik, ailədaxili münaqişlər); İri subyektlərlə tərəfdaşlığın daha cəlbedici olduğu şəraitdə bankların KOS-lara maraq göstərməməsi; KOS-ların bir çox hallarda kredit resurslarına real tələbatı müqabilində likvid girova malik olmaması və bi səbəbdən kreditlərin onlara etimad göstərməməsi. Bütün bu amillər bank-kredit təsisatları KOS-lara kreditlərin verilməsinə həmişə ehtiyatla yanaşmasına səbəb olur. Dünya təcrübəsində həm bankların KOS-lara marağının azalmasının qarşısını almaq, həm də KOS-ların özlərinin risklərdən qorunması üçün biznes kreditlərin təminat altına alınması mexanizmləri tətbiq olunur. İTYİB-nin eksperti Rövşən Ağayev deyir ki, KOS-ların kredit zəmanəti mexanizmlərinin tətbiqinin bir sıra üstünlükləri var: “Əvvəla, bu mexanizm kommersiya kreditləri üzrə ödəmə qabiliyyətinin itirilməsi və ya vaxtında ödəməmə ilə bağlı yaranan riskini aradan qaldırır. Aydındır ki, sahibkar krediti götürəndə ciddi istehsal və satış problemi olmaya bilər. Lakin kreditin götürülməsindən sonra ondan asılı olmayan səbəblərin yaratdığı risklər kreditorun ödəmə qabiliyyətinin itirməsi, yaxud borcu müqavilə şərtlərinə uyğun vaxtlı-vaxtında ödəyə bilməməsi ilə nəticələnə bilər. Məsələn, şirkət məhsulunu və ya xidmətini (işini) satır, amma mal (xidmət, iş) alıcısı müqavilə öhdəlyini pozaraq ödəməni ya tam həyata keçirmir, ya ləngimələrlə həyata keçirir. Belə vəziyyətdə sahibkar kredit təşkilatına borcunu qaytara bilmədiyi üçün maliyyə durumunu pisləşdirəcək, hətta müflis ola bilmə təhlükəsi ilə qarşılaşır. Yaxud mümkündür ki, kreditin ödəmə müddəti çatsa da, şirkətin pul mədaxili müddəti ləngiyə bilir. Belə şəraitdə sığorta şirkəti ödəmələrin daxil olmasına qədər kredit borclarının qapadılmasını üzərinə götürür. Kredit borcunun ləngiməsi bütün ölkələrin təcrübəsində müşahidə olunur. Məsələn, Belçika, Fransa və Niderlandda aparılan araşdırmalar göstərib ki, borc ödənmiş hesab-fakturaların ən azı 50%-də 2 həftəyədək, 10%-də isə 15 gündən 30 günədək ləngimə baş verir. Kreditlərin sığorta mexanizmi tətbiq edildiyi şəraitdə sığorta şirkətləri avtomatik olaraq həmin borcları qapadr. Digər tərəfdən, kreditlərə zəmanət mexanizminin başqa bir üstünlüyü müşətərilərə çeşidli xidmətlərin göstərilməsinə şərait yaradılmasıdı. Məsələn, müntəzəm olaraq sığortalanmış müştərilərin kreditödəmə qabiliyyətliliyi və borca xidmət vəziyyəti monotorinq edilir. Yeni yaranan və yaşı çox olmayan KOS-lar üçün bu xidmətlərdən yararlanmaq xüsusən vacibdi. Xidmət və ticarətin beynəlmilləşdiyi şəraitdə kredit risklərini müəyyən edib qiymətləndirmək KOS-lar üçün xüsusən çətindir. Bu məsələdə sığorta şirkətləri və ya zəmanət fondları KOS-lar üçün peşəkar xidmətlər təqdim edirlər. Kredit zəmanəti mexanizminin üçüncü üstünlüyü budur ki, borc bazarında rəqabətin həddən artıq yüksək olduu şəraitdə yeni yaranmış KOS-lar üçün kreditə çıxış imkanı təcrübəli biznes strukturlarına nisbətən daha məhdud olur. Sığorta mexanizmi imkanlardakı bu qeyri-bərabərliyi aradan qaldırır. Nəhayət, kreditlərə təminat sisteminin çox mühüm üstünlüklərindən biri də budur ki, kredit təminatı yalnız KOS-ların öz maliyyə risklərini təhlükəsiz etməklə yanaşı, onlar borcların idarə edilməsi, risklərin qiymətləndirilməsi və idarə olunması, bazar perspektivlərinin dəqiq müəyyən edilməsi sahəsində bilik və bacarıqlar qazanırlar, daimi məsləhət xidmətilə əhatə olunurlar”. Müxtlif ölkələrin təcrübəsində KOS-ların kredit risklərinə təminatın 2 forması geniş yayılıb: Kredit risklərinin sığortalanması; Kredtilər üçün zəmanətin verilməsi. Kiçik sahibkarlıq kreditlərinə zəmanət verilməsi sahəsində beynəlxalq təcrübə İnkişaf etmiş ölkələrdə KOS-lar müxtəli zəmanət fondlarınım imkanlarından geniş istifadə edirlər. Məsələn, ABŞ-da Kiçik Biznes Administrasiyası (US Small Business Administration) kommersiya bankları tərəfindən verilən kreditlər üçün zəmanətlər təqdim edir. Bu ölkədə kiçik sahibkarlıq subyektlərinin banklara kredit borcları yarım trilyon dolları ötür. Administrasiyanın bu kredtilər üzrə verdiyi zəmanət Fondunun məbləği isə 60 milyard dollardan çox, yəni verilən kreditlərin 12%-nə qədər olub. İnkişaf etmiş ölkələrdə kiçik müəssisələrin 50%-ə qədəri maksimum 5 ilədək fəaliyyət göstərir. Bu səbəbdən hökumət hesab edir ki, bankların risklərdən çəkinərək bu subyektlərə kredit xətti açması məhz zəmanətlər sayəsində mümkün ola bilər. Ekspertlər hesab edir ki, təminatlı kredit mexanizmləri müflisləşməni 7%-dək azalda bilir. Kreditlər üçün zəmanət mexanizmləri KOS-ların kredit ödəmə qabiliyyətini itirdiyi şəraitdə onların borclarının qapadılmasını nəzərdə tutur. Avropa ölkələrində və Kanadada KOS-ların təxminən 10%-i kredit təminatı fondlarının xidmətindən yararlanırlar. Almaniya KZF-nın fəaliyyəti sahəsində uzunmüddətli təcrübəsi olan ölkələrdən biridir. Tarixən bu ölkədə məhz KOS-ların maliyyəyə əlçatanlığını təmin etmək ehtiyacından Alman Kredit Bankları yaranmağa başlayıb. Sonrakı mərhələdə isə artıq ölkədə İxrac Kreditlərinə Zəmanət Fondları yaranmağa başladı. Kredit Zəmanət Bankı (Buergschaftsbanken) 20-ci əsrin əvvələrindən etibarən dövlət-özəl sektor əməkdaşlığının formalaşmasında mühüm rol oynayıb. Xüsusilə də ikinci Dünya Müharibəsindən sonar Amaniyanın maliyyə sisteminin yenidən qurulmasında bu banklar mühüm rol oynayıb. Bu banklar məhdud məsuliyyətli müstəqil şirkətlər kimi təsis olunub və onlaırın fəaliyyəti yalnız öz bölgələrindəki KOS-larla məhdudlaşıb. Hazırda Almaniyanın şərq torpaqlarında KOS-larln 10 milyon avro, qərb torpaqlarında isə 50 milyon avro məbləğində kreditlərinə zəmanət verən banklar fəaliyyət göstərir. Həmin bir kredit zəmanət bankları KOS kreditlərinə müəyyən edilmiş qaydalar daxilində dəstəyi və şirkət təsisçilərini yarandıqları ilk ildə bələdçi materiallarla təmin edir Bundan əlavə, federal hökumətin təsis etdiyi xüsusi komitə var ki, 300 milyon avro məbləğində kreditlər üçün girov təminatına dəstək verir. Alman təcrübəsində kredit zəmanəti sistemi belədir: ölkənin inzibati ərazi qurluşunu təşkil edən 16 torpağın (regionun) hərəsində bir kredit zəmanət bankı fəaliyyət göstərir və ümüumilikdə 16 bank Alman Zəmanət Bankları Birliyində birləşir. Bu birliklərin əsas funksiyası bank qanunvericiliyində dəyişikliklər zamanı zəmanət banklarının mənafeyini qorumaq, bu banklar arasında əməkdaşlığı təşviq etmək, beynəlxalq platformalarda zəmanət banklarının nümayəndəliyini və koordinasiyasını icra etməkdir. Almaniya hökuməti kredit zəmanət banklarını federal büdcə üçün ödədikləri mənfəət vergisindən, regional hökumətlər isə sahibkarlıq fəaliyyətilə bağlı yerli vergilərdən azad edib. Hökumətin yanaşması budur ki, bu banklar ictimai maraqlar üçün çalışdığı üçün onların ağır vergi yükü altında olması səhv yanaşma olardı və banklar vergi güzəştləri hesabına qənaət etdikləri vəsaiti KOS-ların maliyyə gücünün artımına yönəltməlidir. Mövcuq qaydalara görə, zəmanət əsasında girovsuz kredit əldə etmək üçün KOS-lar banka müraciət etdikdə bu müraciətlər Zəmanət Komitəsinə yönlədilir. Əgər Komitə kredit ayrılmasında ciddi risklər görmürsə, bank müraciətləri müsbət cavablandırır. Hazırda şərq əyalətlərində istənilən kredit məbləğinin 80%-nə, qərb regionlarında isə 65%-nə zəmanət verilir. Zəmanətlə verilən kreditlər ən çoxu 23 ilə ayrılır. Son illər Alman Zəmanət Banklarının zəmanətilə KOS-lara verilən ümumi kreditlərin həcmi 5 milyard avrodan, onlara təqdim edilən zəmanətlərin məbləği 1.8 milyard avrodan çox olmuşdur. Lakin Almaniyanın bank qanunveriiliyinə görə, kredit zəmanəti üzrə ixtisaslaşmış təşkilatların müntəzəm xarici auditdən keçməsi məcburidir. Bu cür audit həmin təşkilatların likvidliyini və dayanıqlılığını qiymətləndirmək üçün son dərəcə vacib mexanizm hesab olunur. Artıq MDB ölkələrində də belə mexanzimlər var İTYİB-nin tədqiqatında qeyd edilir ki, son zamanlar MDB məkanında da bir sıra ölkələr kredit zəmanəti mexanizmlərinin yaradılması istiqamətində addımlar atıblar. Məsələn, Rusiyada 2014-cü ilin 5 may tarixində Rusiya hökumətinin qərarı ilə KOS-ların kreditləşdirilməsinə təminat verən xüsusi agentlik yaradılıb. Hələlik qurum genişmiqyaslı fəaliyyətə başlamasa da, gələcək fəaliyyət üçün planlar üzərində işləyir. 2014-cü ilin dekabrında Agentlikdə KOS-lar üçün effektiv kredit zəmanəti mexanizmlrinin yaradılması üçün strategiyanın işlənməsi ilə əlaqədar dəyirmi masa təşkui edilib. Agentliyin yaradılması ilə bağlı hökumət qərarına görə, Agentliyin əsas hədəfi KOS-ların investisiya layihələrinin həyata keçirilməsi üçün kreditlərə təminatın verilməsi olacaq. Qurum Rusiya Əmlak İdarəçiliyi üzrə Federal Agentliyinin təsisçiliyi ilə yaradılıb. Agentliyin yaradılması ilə bağlı Rusiya hökuməti qeyd edir ki, əgər 2012-cü ildə KOS-ların maliyyələşdirilməsi 29% artmışdısa, bu temp 2013-cü ildə 15%-ə enib, 2014-cü ildə isə 10%-ə qədər zəifləməsi gözlənir. Belə şəraitdə zəif likvidliyə malik KOS-ların iqtisadi inkişafa töhfəsi əhəmiyyətli dərəcədə azala bilər. Odur ki, Rusiya hökuməti KOS subyektlərinin orta və uzunmüddətli dövrdə kreditləşdirilməsində olan riskləri aradan qaldırmaq üçün Kredit Təminatı Agentliyinin yaradılması qərarını verir. Yaxın illər üçün Aəentliyin qarşısında 2 vəzifə dayanır: KOS-lar üçün kreditləşmə şərtlərinin yaxşılaşdırılması və uzunmüddətli kredit məbləğinin artırılması. Agentliyin yaxın 5 il üçün qəbul olunmuş planına görə, zəmanət verilmiş kreditlərin sayı 7320-dən, zəmanət verilmiş kreditlərin həcmi 825 milyard rubldan az olmamalıdır. Qazaxıstanda kreditlərə zəmanət verilməsi “DAMU” Sahibkarlığın İnkişafı Fondu vasitəsilə həyata keçirilir. 2010-cu ildə təsis olunan sistemin birbaşa hədəfi KOS subyektləridi. Bu qurum vasitəsilə dəyəri 135 min dolları aşan kreditlərə zəmanət verlilir. Təminat üçün müddət 5 ildi və zəmanət götürülən kredit məbləğinin makismum 50%-nə verilir. Yeni yaradılmış KOS subyektləri üçün bu hədd 70%-dək qaldırıla bilər. Zəmanətin təqdim olunması üçüb borcgötürən bütün kredit məbləğinin 1%-ni ödəməlidir. Fəaliyyətə başladığı gündən fond 121 kredit müqaviləsi üzrə 95.9 milyon dollar kredit məbləği üzrə 36.9 milyon avro zəmanət təqdim edib. Təminat verilən kreditlərin 42%-i emal sənayesinə yönəldilib. Bundan əlavə, Qazaxıstanda 2013-2020-ci illərdə aqrar-sənaye kompleksinin inkişafına dair inkişaf Proqramına əsasən bu sahənin kreditlərinə zəmanət verən ayrıca təminat fondunun yaradılması nəzərdə tutulur. Bəkir Nərimanoğlu Geri dön |