Ana Sayfa > Araşdırma > Palma yağının kərə yağı adıyla satılması təsdiqini tapdı
Palma yağının kərə yağı adıyla satılması təsdiqini tapdı2-10-2015, 11:01. Yazar: admin |
Daxili bazarda bir sıra keyfiyyətsiz məhsulların olması günümüzün acı reallıqlarından biridir. Bu sırada iqtisadçı-ekspert Vahid Məhərrəmov “Facebook” səhifəsində istehlakçıların aldadılmasından bəhs edərək 2014-cü ildə ölkəyə 28,5 milyon dollar dəyərində 47,6 min ton palma yağı idxal olunduğunu bildirib. Ekspert bu qədər yağın güman ki, kərə yağı, yağlı pendir, qaymaq, bitki yağı, dondurma, yağlı süd, xama şəklində istehlak edildiyini istisna etməyib. V.Məhərrəmov gətirilən palma yağının hansı məhsulun istehsalında istifadə edilməsinin açıqlanmadığını, palma yağının kərə yağı adı altında istehlakçılara satıldığını bildirib: Xarici görünüşünə görə kərə yağına çox oxşar olan palma yağından süd, pendir, xama, dondurma və digər süd məhsullarının istehsalında yağlılıq dərəcəsini artırmaq məqsədilə istifadə edirlər. Palma yağının 1 kiloqramının idxal dəyəri 60 qəpik civarındadır. Təsəvvür edin, palma yağının tərkibinə müxtəlif aromatizatorlar vuraraq kərə yağı kimi satışa çıxarır və dəyərindən 8-10 dəfə baha qiymətə satır, külli miqdarda gəlir əldə edilər. Belə hallar kifayət qədər geniş yayılıb. Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda bu yağın Azərbaycana gətirildiyi bildirilir. Ancaq hansı məqsəd üçün istifadə olunduğu sual doğurur”. Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov daxili bazarda palma yağından istifadə edilməsi faktını təsdiq edərək istehlakçıların mənafeyinə ciddi ziyan vurulduğunu söyləyir. Eyyub bəy bildirir ki, palma yağı bədən teperaturundan yuxarı temperaturda əriyir. Bu yağın çox arzuedilməz yağ olduğunu diqqətə çatdıran qurum sədri onun insan orqanizmi üçün ziyanlı olduğunu vurğulayır: “Satışda olan kərə yağlarının fərqli qiymətə təklif edilməsi və onların müxtəlif yağlılıqda, dadda olması insanda şübhə doğurur. Palma yağından qatığın, xamanın və digər süd məhsullarının hazırlanmasında istifadə olunması barədə bizə məlumatlar gəlir. Təəsüf ki, biz onun tədqiqatını apara bilməmişik. Əhalinin bizə bu barədə şikayətlərinə, onların dediklərinə laqeyd yanaşılmamalıdır. Bu işdə əsas şərt ictimai rəydir. Çalışırıq ki, bu məsələyə aydınlıq gətirək və əhali kərə yağı adı altında həmin məhsulu istehlak etməsin”. Geri dön |