Ana Sayfa > Araşdırma > Əlixan Məmmədov kimə arxayındır?
Əlixan Məmmədov kimə arxayındır?30-07-2015, 09:56. Yazar: admin |
Bu gün vətəndaşların əksər Mənzil-Kommunal İstismar Sahələrindən şikayətçi olması və həmin şikayətləri media vasitəsilə gündəmə gətirməsi hər kəsə bəllidir. Çünki rayon üzrə Mənzil-Kommunal İstismar Sahələri səlahiyyətlərində olan işləri icra etmədikləri üçün həm narazılıqlar, həm də şikayətlər meydana gəlir. Elə dəfələrlə olub ki, bir çox "Jek"lərdən redaksiyamıza şikayətlər daxil olub. Bizlər də hər zaman daxil olan şikayətlərə əsaslanaraq yazılar dərc etmiş, mövcud problemləriy həllində yardımçı olmağa çalışmışıq. Vətəndfşlar yaşadığı ərazi üzrə Mənzil-Kommunal İdarələrinə müraciət etdikdə, heç bir nəticə vermədiyindən, yaranan problemlərini özləri həll etməli olurlar. Sanki bu gün Mənzil-Kommunal İdarələri və bələdiyyələr lazımsız bir qurumdurlar. Halbuki, sözügedən hər iki qurumun səlahiyyətində kifayət qədər işlər var. Lakin səlahiyyətində kifayət qədər icra edilməli işlər olduğu halda, bu gün "Jek"lərin heç bir işə yaramaması da müzakirə obyektidir. Mənzil-Kommunal təsərrüfatı ümumilikdə özündə mənzil təsərrüfatını (yaşayış kompleksinin istismarı və xidməti, yaşayış məntəqələrinin abadlaşdırılması, yaşıllaşdırılması) və kommunal xidmətlər sahələrini (su təchizatı və kanalizasiya xidmətləri, istilik, elektrik və qaz təchizatı, məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi, lift xidməti, şəhər elektrik nəqliyyatı, hamam, camaşırxana və mehmanxana təsərrüfatı) əhatə edir. Bütün bu sadalananlara baxmayaraq, bu gün "Jek"lərin gördükləri işlər və nəticələri göz qabağındadır. Ən azından ona görə göz qabağındadır ki, bu gün sözügedən qurum barədə daxil olan şikayətlərin sayı-hesabı yoxdur. Hazırda yenidən bu mövzu ətrafında söz açmağımız da əbəs deyil. Belə ki, redaksiyamıza daxil olan şikayət əsasında bizlər yenidən "Jek"lərin fəaliyyəti, gördükləri işlər barədə danışmalı olduq. Redaksiyamıza daxil olan şikayət isə, artıq dəfələrlə haqqında yazdığımız, şikayət və narazılıqlarla bol olan Sabunçu MKTB-nin 47 saylı Mənzil-Kommunal İstismar Sahəsindəndir. Sabunçu rayon sakinləri dəfələrlə 47 saylı Mənzil-Kommunal İstismar Sahəsindən şikayətçi olsalar da, səslərini qəzetimiz vasitəsilə duyurmaq istəsələr də, bu gün onların problemləri hələ də həllini tapmayıb. Sakinlər iddia edirlər ki, Sabunçu rayon 47 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Məmmədov Əlixan Şamil oğlu bilərəkdən onların heç bir problemini həll etmir. Sakinlərin sözlərinə görə, qurumun səlahiyyətində olan problemlə onlara müraciət etsələr də, problemlərinə hələ də əhəmiyyət verən yoxdur. O qeyd edir ki, yaşadığı binanın kifayət qədər problemi var. Belə ki, binanın zirzəmisi su ilə doludur. Lakin bu duruma nə baxan var, nə də problemi həll edən. Yayda binaların aşağı mərtəbəsində üfunət iyindən dayanmaq belə, olmur. Zirzəmidən başqa, binada havalandırma üçün boru var ki, həmin boru nə təmizlənir, nə də bir dəfə də olsun baxılmayıb. Bundan başqa, 9 mərtəbəli binanın 9-cu mərtəbələri yağış yağan kimi damır ki, bu duruma da çarə edilmir. Həmçinin həyətlərə qoyulan zibil qutuları da çox gec-gec boşaldılır. Yaxud da, gecə saat 3-4 radələrində boşaldılır ki, bu zaman da səs-küydən yatmaq olmur. Deyilənə görə, sakinlər sadalanan şikayətləri media vasitəsilə duyurduqları üçün, Əlixan Məmmədov həmin problemləri ümumiyyətlə, həll etməyəcəyini deyib. Görünən odur ki, bu gün bəzi kürsüdə əyləşən şəxslər unudublar ki, onlar məhz xalaqa xidmət göstərmək, onların problemlərini həll etmək üçün həmin vəzifəyə təyinat alıblar. Əgər belə olmasa idi, ən azından hazırda olduğu kimi, əksər qurumlardan ard-arda bu qədər şikayət daxil olmazdı. Geri dön |