Ana Sayfa > Araşdırma / Manşet > Ziya Məmmədova Qubadan şikayət olundu
Ziya Məmmədova Qubadan şikayət olundu30-03-2015, 11:20. Yazar: admin |
"Quba-Nəqliyyat” Açıq Tipli Səhmdar Cəmiyyətinin üzvləri adından Vertikal.az-a ilginc bir müraciət daxil olub. Həmin müraciət əslində "Quba-Nəqliyyat”ın rəhbərliyinə, habelə nəqliyyat naziri Ziya Məmmədova da ünvanlanıb. ASC üzvlərinin qısa müraciətini təqdim edirik: “Arif Əliyev “Quba-Nəqliyyat” ATSC-ə sədr seçildiyində cəmiyyətin üzvlərinə söz vermişdi ki, "Mən gəlmişəm sizə çörək verməyə". Lakin cəmiyyət üzvlərinin bir parça çörəyini əllərindən aldı. İndi “Quba-Nəqliyyat” ATSC-nin üzvləri sədr A.Əliyev tərəfindən əllərindən alınmış bir parça çörəyin axtarışındadır”. ASC üzvlərinin belə bir müraciət yayması heç də səbəbsiz deyil. Çünki neçə müddətdir ki, sözügedən qurumda məhz rəhbərliyə söykənən özbaşınalıqlarla bağlı ilginc informasiyalar yayılmaqdadır. Xəbərlərdə deyilir ki, A.Əliyev ATC-də avtomobillərin təmiri üçün inşa edilmiş “Modul” adlanan, metaldan quraşdırılmış 30.000 (otuz min) manat dəyərində təmir sexini, 60.000 ( altımış min) manat dəyərində mağazaları, əlvan metaldan inşa edilmiş 20.000 ( iyirmi min) manat dəyərində anbarları, 20.000 (iyirmi min) manat dəyərində iki mərtəbəli inzibati binanı, 70.000 (yetmiş min) manat dəyərində 17 ədəd “İkarus” markalı sərnişin avtomaşınlarını və yük qarajında olan 80.000 (səksən min) manat dəyərində tikililəri vədaşınar əmlakı talama yolu ilə mənimsəyərək “Quba-Nəqliyyat” ASC üzvlərinə külli miqdarda zərər vurmuşdur. “Quba-Nəqliyyat” ASC-nin üzvləri deyir: “ASC-nin əsas səhm paketlərinin sahiblərinin bizim olduğumuza baxmayaraq, Arif Əliyev və oğlu Kamran Əliyev bizim razılığımızıalmamış, bizə məlumat verməmiş və saxtaprotokollar tərtib edərək, qanunsuz saxtaalqı-satqı müqavilələri tərtibetməklə səhmdarlara məxsus mağazaları və yuxarıda sadalanan əmlakı sataraq əldə edilən pul vəsaitlərini mənimsəmiş, bununla da bizə, digər səhmdarlara külli miqdarda 280.000(iki yüz səksən min) manat zərər vurmuşlar”. “Quba-Nəqliyyat” ATSC-nin sədri A.Əliyevinsaxta protokola əsasənsatdığı obyektlər barəsində olan 30.09.2007-ci iltarixli protokol, 1 sentyabr 2011-ci il tarixli, 18 oktyabr 2011-ci il tarixli, 27 dekabr 2011-ci il tarixli, 2 iyul 2013-cü il tarixli alqı-satqı müqavilələrinin ləğv edilməsi və səhmdarların pozulmuş hüquqlarımızın bərpası barədə Baş prokurorluğa şikayət edilib və adıçəkilən məmur haqda cinayətişinin başlanması mümkündür. Geri dön |