Ana Sayfa > Araşdırma > Masallı sakinindən şok müraciət: "Başımı kəsməklə hədələyirlər"

Masallı sakinindən şok müraciət: "Başımı kəsməklə hədələyirlər"


13-07-2015, 09:42. Yazar: admin
Masallı sakinindən şok müraciət: "Başımı kəsməklə hədələyirlər"
Masallı rayon Əhmədli kənd sakini Əhsən Əhədov mediaya sensasion müraciət ünvanlayıb.

Jam.az-a daxil olan müraciətdə Əhədov həyatının təhlükədə olduğunu bildirir: "Masallı rayon Əhmədli kənd sakini Əhədov Əlipənah Əlövsət oğlu məni və oğlum Əhədov Elman Əhsən oğlunu başımızı kəsməklə hədələyir. Bu barədə 07 may 2015-ci il tarixində Masallı rayon Polis şöbəsinə ərizə ilə təhlükəsizliyimizin təmin edilməsi ilə üçün müraciət etdim. İşi araşdırmaq üçün şöbənin təhqiqat bölməsinin təhqiqatçısı Bəhruz Məmmədova həvalə edildi. B. Məmmədov məndən və oğlum Elmandan izahat alaraq öz işini bitirmiş hesab etdi. Qarşı tərəfdən izahat alıb –alınmaması mənə məlum deyil. Dəfələrlə ona müraciət etməyimə baxmayaraq mənə qəbul etdityin qərarın surətini vermədi".

Vətəndaş hədələnməsi ilə bağlı rayon Prokurorluğuna da müraciət etdiyini deyir: "Nəhayət, Masallı rayon Prokurorluğuna şifahi müraciət etdikdən sonra 40 (qırx) gündən sonra qeyri-rəsmi olaraq yəni rəsmi qaydada ünvanıma və yaxud kitaba imza atdırmadan qərarın surətini aldım. B. Məmmədov həmin qərarda nə yazmasını ali təhsilli kimi anlamadım. Belə ki, qərarın təvsil hissəsindəki, sözlərlə qərara aldım, hissəsindəki sözlər bir birini bağıamır. Qərarının yazılmasında hərfi səhvlərindən tutmuş cümlə səhvləri, birinci sinif şagirdlərinə yaraşmayan sözlər yazmışdır. Dəfələrlə təhlükəsizliyimə müdafiə etməsi barəsində Əlipənah barədə sözlər işlətməyimə baxmayaraq "o, ziyalıdır”, onun barəsində heç bir tədbir görmək olmaz ifadələri işlətdi. Nəhayət, B. Məmmədovun rəhbərliyi ilə 16 may 2015-ci il tarixində Əlipənah və onun ailə üvləri tərəfindən döyülərək və mənə tibbi-ekspert tərəfindən yüngül dərəcəli xəsarət alması təyin olundu. Özünə xəsarət yetirən Əlipənah Əhədova bizim yüngül dərəcəli xəsarət alınmasına nail oldu. 08 iyun 2015-ci il tarixində hadisə ilə bağlı CM-nin 128 maddəsi ilə cinayət işinin açılmasına baxmayaraq bu günə kimi polis şöbəsinin cinayət bölməsinin rəisi Eşçin Fərəcov tərəfindən maneçilik törədilərək istintaq aparılmır. Bundan başqa, müraciətimlə bağlı E. Fərəcovun icraatında ərizə və şikayətin olmasına baxmayaraq məndən izahat almamış və rəsmi olaraq ünvanıma araşdırmanın nəticəsi ilə bağlı cavab göndərməmişdir".

Masallı sakini hesab edir ki, rayon hüquq-mühafizə orqanları problemi bilərəkdən gözardı edir. Hətta Daxili İşlər Nazirliyinə etdiyi müraciətin surəti də rayona göndərilib, amma baxımsız qalıb: "Əlipənah Əhədovun özbaşınalığı yəni, dövlət nümayəndələrini söyərək təhqir etməsi barədə 19 may 2015-ci il tarixində cənab Prezidentimiz İlham Əliyev və yazdığım müraciət Daxili İlər Nazirliyi tərəfindən Masallı rayon Polis Şöbəsinə göndərilmişdir. Şikayət ərizəsi araşdırılması məqsədi ilə istintaq bölməsinin rəisi E. Fərəcova ünvanlanmasına baxmayaraq ondan həmin materalın olmamasını bildirmişdir. Dəftərxanaya daxil olmuş və imza edərək əbul etmiş ərizənin onda olmamasını bildirmişdir. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etdikdən sonra mənim polis rəisi adına yenidən ərizə ilə müraciət etməyim məsləhət bilindi".

"Məndə olan ilkin sənədləri ərizəmə əlavə edərək polis bölməsinin rəisinə dərkənar qoyularaq ərizə yazdım. Dəftərxana da qeydə salındı. Yenidən E. Fərəcova ünvanlandı. Şikayət ərizəsinin müddəti bitdikdən sonra yenidən E. Fərəcova müraciət etməyimə baxmayaraq onda şikayət ərizəsinin olmamasını bildirdi. Mənə məlum deyil ki, E. Fərəcov dövlət nümayəndələrini söyərək təhqir edən Əlipənah Əhədovu nə üçün müdafiə edərək Prezidentə ünvanladığım ərizəni və diski gizlədir. Belə görünür ki, dövlət nümayəndələrini söyüb təhqir edən Əlipənah əvəzinə mən həbs olunmalıyam? Hər iki oğluna xəstə olmadıqları halda hərbi bilet alan Əlipənahın oğlu Əhədov Rəhman hərbi qospitalda komissiyadan keçirilərək xidmətə tam yararlı olması aşkarlanmışdır. Lakin, hansı yolla onun barəsində cinayət işinin olmasına görə Masallı rayon Hərbi Komissarlığına məktub verilmiş və yenə də orduya getməkdən yayınır. Xahiş edirəm ki, Masallı rayon Polis Şöbəsinin təhqiqatçısı B. Məmmədov və Elçin Fərəcovun əməllərini mətbuatdsa işıqlandırasınız", - deyə vətəndaş bildirir.

Yazıda adıçəkilən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq.

Geri dön