Ana Sayfa > Araşdırma / Manşet > "Azəriqaz" millətə necə fırıldaq gəlir?
"Azəriqaz" millətə necə fırıldaq gəlir?16-03-2015, 12:46. Yazar: admin |
Ötən əsrin 90-cı illərində dələduzluq və “atmaq” Azərbaycanda geniş yayılmış cinayətlərdən biri idi. Sonra tədricən rüşvətxorluq və korrupsiya önə keçdi. Amma “atmaq” məsələsi hələ də davam edir. Həm də ayrı-ayrı şəxslər deyil, hətta dövlət idarələri də vətəndaşlara atır. Bu yaxınlarda Ramazanov küçəsi, № 5 “A” ünvanda yaşayan Vüqar Osmanov bizə müraciət edib: “ Üç il əvvəl “Azəriqaz” İB-nin əməkdaşları məni qaz sayğacını sındırmaqda ittiham elədilər. Onlar məndən buna görə cərimə tələb elədilər. Mən isə bildirdim ki, mənim həyətimdən kənarda olan sayğaca görə mən nə üçün məsuliyyət daşımalıyam. Və cərimə verməkdən imtina elədim. Ancaq “Azəriqaz”ın əməkdaşları qazı kəsəcəklərini bildirəndə güzəştə getməyə məcbur oldum”. Şikayətçi bildirir ki, həmin hadisədən 3 il keçəndən sonra “Azəriqaz”ın əməkdaşları yenidən məndən sınan sayğaca görə cərimə tələb edirlər, mən isə onlara bildirdim ki, ziyanı tam ödəmişəm. “Azəriqaz”ın əməkdaşları isə Vüqar Osmanova bildirib ki, onda sən bizə pul ödəmisən, indi isə sayğacın laboratoriya analizinin cavabı gəlib, ona görə sən yenidən sınan sayğaca görə 95 manat cərimə ödəməlisən. Vüqar Osmanov dediklərinin sübutu kimi ödədiyi cərimənin arayışını, onun borcunun olmadığı barədə “Azəriqaz” ın verdiyi sənədləri bizə təqdim elədi. Şikayətçi hətta Binəqədi qaz-istismar sahəsinin rəis müavini İ.Zeynalovun imzası ilə 10 mart 2015-ci ildə gələn bildirişi də bizə təqdim elədi. Həmin bildirişdə qeyd olunur ki, Vüqar Osmanov sayğacın, plombun və aparılan yoxlamanın pulunu ödəməlidir. Ümumi məbləğ 95 manatdır. Abonent nə üçün sınan sayğaca görə 2 dəfə pul ödəməlidir? Və sınan sayğacın hesabı nə üçün 3 il sonra göndərilib? Nəhayət, əgər sayğacın sındırılması 2015-də məlum olubsa, nə üçün 2013-cü ildə Vüqar Osmanovdan cərimə tələb olunub? Şikayətçinin abonent olduğu Binəqədi 7-ci qaz-istismar sahəsinin operatoru ( adını və soyadını demədi ) qafqaznews.org-a bildirib ki, laboratoriya analizinin cavabı bu günlərdə images13gəldiyi üçün ona bildiriş mart ayında göndərilib. Müxbirimizin “Sayğacın yoxlanılması nə üçün belə uzun çəkib” sualına operator belə cavab verib: “ Sayğaclar orda illərlə qalır”. Biz suallarımızı 7-ci sahəinin rəisi Həmid Məmmədova da verdik. O bildirdi ki, mən bilmirəm niyə Vüqar Osmanovdan təkrar cərimə tələb edirlər. İstehlakçıların hüquqlarını müdafiə cəmiyyətinin sədri Eyyub Hüseynov isə baş verənlərə belə münasibət bildirdi: “ “Azəriqaz” vətəndaşa “atır”, özü də 2 dəfə. Qoy, abonent onların tələbini yerinə yetirməsin”. Geri dön |