Ana Sayfa > Araşdırma > Arıqlamaq üçün ən təsirli üsul açıqlandı
Arıqlamaq üçün ən təsirli üsul açıqlandı29-06-2023, 09:21. Yazar: admin |
Çikaqo İllinoys Universitetinin (ABŞ) alimləri müəyyən ediblər ki, kaloriləri hesablayan pəhriz arıqlamaq üçün fasiləli aclıqdan daha təsirlidir. Araşdırmada 77 nəfər iştirak edib və onlar üç qrupa bölünüb. Birinci qrup kalori hesablama pəhrizinə riayət edib, ikinci qrup vaxt üzrə qidalanıb, üçüncü - nəzarət qrupu isə yemək vərdişlərini dəyişməyib. Bir ildən sonra iştirakçıların göstəricilərini müqayisə edən alimlər müəyyən ediblər ki, kalori hesablayanlar digərlərinə nisbətən daha çox arıqlayıblar. Onlar nəzarət qrupundan orta hesabla 5,4 kiloqram çox çəki itiriblər. Fasiləli aclıq edənlər isə pəhriz saxlamayanlara nisbətən 4,6 kiloqram çox arıqlayıblar. Dietoloq və tədqiqatın aparıcı müəllifi Şuhao Linin sözlərinə görə, arıqlamağın hər iki üsulu təxminən eyni effektivliyə malikdir, lakin arıqlayanlar arasında ən populyarı vaxt məhdudiyyəti olan pəhrizdir. lenta.ru Geri dön |