Ana Sayfa > Araşdırma > Apple insan səhhətinin müxtəlif göstəricilərini ölçə biləcək smart üzük üzərində çalışır

Apple insan səhhətinin müxtəlif göstəricilərini ölçə biləcək smart üzük üzərində çalışır


19-12-2022, 10:29. Yazar: admin


ABŞ-ın Patentlər və Əmtəə Nişanları İdarəsi Apple şirkətinin yeni patent sorğusu barəsində məlumat təqdim edib. Apple tərəfindən göndərilmiş patent sorğusunda smart üzük barəsində məlumatlar əks olunub. Məlumata əsasən sözügedən smart üzük insan səhhətinin müxtəlif göstəricilərinin monitorinqində istifadə edilə bilər. 20220386955A1 nömrəsinə sahib yeni patentə əsasən şirkətin bu yeni texnologiyası ürək döyüntülərinin tezliyini, qandakı oksigen miqdarını, arterial təzyiqi və digər özəllikləri ölçə bilər.

Apple insan səhhətinin müxtəlif göstəricilərini ölçə biləcək smart üzük üzərində çalışır

Bundan əlavə olaraq smart üzük OLED ekran ilə də təchiz oluna və səsli əmrlər funksiyasını dəstəkləyə bilər. Apple şirkətinin planına əsasən smart üzük istifadəçi bədəninin statik və ya hərəkətdə olan vəziyyətini, bədənin hərəkət sürətini və barmaqlarla reallaşdırılan jestləri təyin edə biləcək. Böyük ehtimal ilə smart üzüyün idarəsi smartfon vasitəsilə reallaşdırılacaq. Həmçinin üzük tərəfindən əldə ediləcək məlumatlara da məhz smartfon vasitəsilə nəzər yetirmək mümkün olacaq. Bu cür özəlliklər patent sorğusunda əks olunmuş smart üzüyü bir növ smart saata çevirirlər. Patent sorğusunda smart üzüyün texniki özəllikləri və onun nə zaman satışa çıxacağı barəsində heç bir məlumat əks olunmayıb.


Geri dön