Ana Sayfa > Araşdırma > Əhali Qurban Bayramında nə qədər PUL XƏRCLƏYƏCƏK? - ARAŞDIRMA

Əhali Qurban Bayramında nə qədər PUL XƏRCLƏYƏCƏK? - ARAŞDIRMA


9-07-2022, 11:25. Yazar: admin


MTM (Media Təhlil Mərkəzi) vətəndaşlar arasında Qurban bayramı ilə bağlı sorğu keçirib və onların fikirlərini öyrənib. DİA.AZ FED.az-a istinadla xəbər verir ki, sorğuda işirak edən 680 respondentin 56%-ni qadınlar, 44%-ni kişilər təşkil edib.

Bayramı necə keçirəcəksiniz?

İlk sualda respondentlərdən Qurban bayramını necə qeyd etdikləri soruşulub. Bir neçə variant seçmək imkanına malik olan iştirakçıların cavabları aşağıdakı kimi olub:

Adət-ənənələrə uyğun qurban kəsirik – 55,6%;

Ehtiyacı olanları sevindirməyə çalışırıq – 43,7%;

Qohum və tanışları yad edirik – 40,3%;

Bayram namazı qılırıq – 27,5%;

Digər – 15,9%;

Ümumiyyətlə qeyd etmirik – 9,9%.

Bayramı 80% evdə, 0,9% xaricdə keçirəcək

Növbəti suala verilən cavablar əsasında məlum olub ki, iştirakçıların 80,4%-i Qurban bayramı ilə bağlı qeyri-iş günlərini evdə keçirməyi planlaşdırır. Respondentlərin 10,3%-i bölgələrə səyahət edəcəyini, 0,9%-i isə xarici ölkəyə gedəcəyini bildirib. Sorğu iştirakçılarının 8,4%-i Qurban bayramını qeyd etməyi düşünmədiyini deyib.

Qurban küçədə də kəsilə birlər

Qurban bayramında küçələrdə heyvan kəsiminə münasibətini ifadə edənlərin 60,9%-i hesab edir ki, bu məqsədlə xüsusi kəsim məntəqələri ayrılmalıdır. Respondentlərin 32,2%-nin fikrincə, sanitariya-gigiyena qaydalarına riayət edilməsi şərtilə şəhər küçələrində heyvan kəsilə bilər. İştirakçıların 6,9%-i isə “Fərqi yoxdur” variantını seçib.

Əhali Qurban Bayramına nə qədər pul xərcləyəcək?

Məlum olub ki, respondentlərin 24,7%-i bayram alış-verişinə 50-100 AZN, 16%-i 100-150 AZN, 15,7%-i 50 AZN-dən az, 13,1%-i 150-200 AZN, 6,6%-i 200-300 AZN, 4,3%-i 300 AZN-dən çox pul ayırmağı düşünür. Sorğu iştirakçılarının 19,6%-i Qurban bayramında alış-verişə pul xərcləməyi düşünmədiyini bildirib.
Geri dön