Ana Sayfa > Araşdırma > Böyük Britaniya elektron tullantıların emalından qızıl və digər dəyərli metallar əldə edəcək
Böyük Britaniya elektron tullantıların emalından qızıl və digər dəyərli metallar əldə edəcək24-03-2022, 23:56. Yazar: admin |
Britaniya Kral Zərbxanası (valyuta üçün sikkələr istehsal və zərb edən sənaye obyekti) elan edib ki, bu ayın sonuna kimi elektron tullantıların emal olunmaları üçün nəzərdə tutulmuş zavodun inşasına start veriləcək. Həmin zavodda smartfonların, kompüterlərin və digər elektron cihazların sxem lövhələri emal ediləcək. Zavod 2023-cü ildə istifadəyə veriləcək və o, sxem lövhələrinin emalından dəyərli metalların 99%-ni əldə edə biləcək. Nəticədə həmin metalları təkrar istifadə etmək mümkün olacaq. Sözügedən zavodun inşası üçün ilkin razılaşma hələ 2021-ci ilin oktyabr ayında əldə edilmişdi. Əldə edilmiş razılaşma çərçivəsində Kanadanın Excir adlı startapı sxem lövhələrdən faydalı metalları əldə etməyə imkan verəcək yeni texnologiyanı təqdim etməli idi. Verilmiş məlumata əsasən mütəxəssislər tərəfindən yaradılmış yeni texnologiya kimyəvi üsul vasitəsilə otaq temperaturu şəraitində sxem lövhələrdən 99% qızıl, gümüş, palladium və mis əldə etmək olar. Məlumatda qeyd edilib ki, emal üçün nəzərdə tutulmuş zavod Cənubi Uelsdə inşa ediləcək. Qeyd etmək lazımdır ki, Britaniya Kral Zərbxanası məhz Cənubi Uelsdə yerləşir. Gözləntilərə əsasən sözügedən müəssisə həftə ərzində 90 ton həcmində elektron tullantı emal edə biləcək. Bu isə öz növbəsində il ərzində yüzlərlə kiloqram qızıl istehsal etmək imkanını verəcək. Elektron tullantılardan gümüşün, palladiumun və misin əldə edilməsi prosesi növbəti mərhələdə reallaşdırılacaq. Məlumata əsasən 2019-2020-ci illərdə 53.6 milyon ton həcmində elektron tullantı istehsal edilib. Onlardan yalnız 17.4%-i bu və ya digər üsul vaditəsilə emal edilib. Onu da nəzərə almaq lazımdır ki, elektron tullantıların tərkiblərində həmçinin zəhərli və toksik maddələr də mövcuddur. Buna görə də onların ətraf mühitə düşmələrinin qarşısını almaq lazımdır. Technote.az Geri dön |