Ana Sayfa > Araşdırma > Çin 2024-cü ilə qədər daimi Ay bazası üçün hazırlıqlara start verəcək

Çin 2024-cü ilə qədər daimi Ay bazası üçün hazırlıqlara start verəcək


15-03-2022, 00:56. Yazar: admin
Çin 2024-cü ilə qədər daimi Ay bazası üçün hazırlıqlara start verəcək

Kütləvi informasiya vasitələri Çinin kosmik sahə üzrə təmsilçilərinə istinadən xəbər veriblər ki, gələcəkdə Ayda reallaşdırılacaq baza üçün hazırlıqlara 2024-cü ilə qədər start veriləcək. Həmin vaxta kimi Çinin “Chang’e” adlı kosmik proqramının növbəti mərhələsi başlamalıdır. Qeyd etmək lazımdır ki, bu kosmik proqram çərçivəsində Ayın Cənub qütbündə 3 ədəd avtonom stansiya quraşdırılmalıdır. Quraşdırılacaq stansiyalar faydalı resursların və o cümlədən suyun axtarışı ilə məşğul olacaqlar. Su olmadan Ayda bazanın yaradılması haqqında danışmaq mənasızdır. Bu ilin yanvar ayında Çinin Chang’e 5 adlı aparatı eniş zonasındakı Ay süxurlarının tərkibində su aşkar etmişdi. Söhbət, 1 ton həcmində Ay süxurunda 120-180 qramm sudan gedir. Ayda insanların daimi mövcud olmaları istiqamətində nəzərdə tutulmuş bazanın yaradılması üçün bu çox azdır. Buna gör də ABŞ və Çin bazanın Ayın Cənub qütbündə yaradılması ideyasını aktiv şəkildə nəzərdən keçirdirlər.

Belə ki, Ayın Cənub qütbündəki kraterlərin dərinliklərində su buz halında mövcud ola bilər. Bundan əlavə olaraq bazanı elektrik enerjisi ilə təmin etmək üçün sözügedən zonada yetəri qədər Günəş enerjisi toplamaq olar. İlkin planlara əsasən Chang’e 6 aparatı nisbətən düz ərazidə eniş edəcək. Bu avtonom stansiya təqribi olaraq 2 ildən sonra Aya yollanacaq. O, Ayın Cənub qütbü zonasına eniş edəcək. Beləliklə eniş edəndən sonra o, güman olunan Ay bazası yerində faydalı resurslar ilə suyun axtarılması üzrə Ay süxurları nümunələrini yığacaq. Chang’e 6-dan sonra həmin ərazilərə daha 2 ədəd avtonom stansiya göndəriləcək. Bütün bu layihələrin əsas məqsədləri elmi tədqiqat, Ay resurslarının axtarılması və onların istifadəsidir.

Əks halda orda baza yaratmağın bir mənası qalmayacaq. Chang’e 7 stansiyası həmçinin pilotsuz uçuş aparatına sahib olacaq. Həmin aparat Ay kraterlərinin 10 km dərinlikdə araşdırılması üçün nəzərdə tutulacaq. Ümumilikdə isə Chang’e 7-nin əsas məqsədi kraterlərdə suyun axtarışı olacaq. Chang’e 8 stansiyası isə Ay resursları ilə yerindəcə təcrübələrin aparılması üçün nəzərdə tutulacaq baza rolunda çıxış edəcək. Həmin missiya çərçivəsində Ay resurslarından istifadə üzrə bir çox texnologiya test olunacaq. “Chang’e” proqramı güman edir ki, Ayda yekun bazanın inşa edilməsinə hazırlıqlara 2030-cu ilə qədər start götürəcək. Astronavtların həmin bazaya 2035-ci ilə qədər yollanacaqları planlaşdırılır.

Technote.az
Geri dön