Ana Sayfa > Araşdırma > «Lider»in baş həkimi işlədiyi əvvəlki iki yerdən niyə qovulub?
«Lider»in baş həkimi işlədiyi əvvəlki iki yerdən niyə qovulub?11-02-2015, 13:10. Yazar: admin |
Azərbaycanda özəl klinikaların sayı yağışdan sonrakı göbələklər kimi çoxalmaqdadır. Bu say artımı tibb sahəsinə yeni keyfiyyətlər gətirməməklə yanaşı, həm də bir sıra problemləri ilə diqqəti çəkir. Xüsusən də qeyri-peşəkar həkimlərin öz xəstələrinin həyatını risqə atması adi hala çevrilib. Düzdür, dövlət xəstəxanalarının da günü gün deyil. Orada da durum bibarçılıq həddini çoxdan keçib. Amma insanlar daha fərqli ola bilər ümidi ilə üz tutduqları özəl klinikalarda da tutarlı bir nəticə görməyib, xaricə üz tutmalı olurlar. Elə bu səbəbdəndir ki, son iki ildə təkccə İrana müalicə almaq üçün gedənlərin sayı 4 milyon nəfəri keçib. Və bu gün də həmin axın davam edir və yaxın gələcək üçün vəziyyətin dəyişəcəyinə də heç bir ümid yoxdur. Özəl klinikalardan söhbət düşmüşkən son günlər adı gündəmə gələn belə «Sağlamlıq Mərkəzi»ndən biri də «Lider» Klinikasıdır. Bu tibb ocağının rəhbəri Əlövsət Mirzəyevdir. Baş həkimin rəhbəri olduğu klinikanın lisenziyasız fəaliyyət göstərdiyi iddia olunur. JAM.AZ-a verilən məlumata görə, Mirzəyevi bu qədər cəsarətli edən amil onun arxasında güclü birinin dayanmasıdır. Yenə həmin məlumatlarda vurğulanır ki, baş həkimin güvəndiyi şəxs, daha doğrusu, klinikanı açaraq onun ixtiyarına vermiş kəs Azərbaycanın ən böyük tikinti maqnatlarından biridir. Klinika lisenziyasız fəaliyyət göstərirsə, təbii ki, orada çalışan işçilərlə də əmək müqaviləsinin bağlanılması mümkünsüzdür. Elə bu səbəbdəndir ki, orada çalışanların taleyi baş həkimin iki dodağının arasında qərarlaşıb. Yəni, Əlövsət Mirzəyev «qovuram» desə, işçi oradan getməlidir. Getdikdən sonra şikayətinin də bir faydası olmayacaq. JAM.AZ-a verilən məlumata görə, «Lider» Klinikasının baş həkimi Əlövsət Mirzəyevin keçmişi də bir o qədər parlaq deyil. Onun bir müddət «Zirvə» adlı özəl xəstəxanaya başçılıq etdiyi vurğulanır. Deyilir ki, sözügedən şəxs orada bir müddət çalışdıqdan sonra müəmmalı şəkildə işindən uzaqlaşdırılıb. Amma «Zirvə»yə qədər Mirzəyev Respublika Hemotologiya Xəstəxanasında da şöbə müdiri olub. Fəqət, oradan işdə yol verdiyi ciddi nöqsana görə qovulub. Maraqlıdır ki, bir özəl, bir də dövlət xəstəxanalarında qənaətbəxş fəaliyyəti olmayan bir həkimə başqa bir özəl klinika necə etibar edilib? Səhiyyə Nazirliyinin hara baxdığı, nə işlə məşğul olduğunu demək, yazmaq da mənasızdır. Çünki bu nazirliyin durumu həddən ziyadə bərbaddır. Və nazir Oqtay Şirəliyevin səhiyyə sahəsinə nəzarət imkanları da demək olar ki, yoxdur. Belə olan təqdirdə, pulsuz xidmət göstərilən xəstəxanalarda xəstələrin soyulması, özəl klinikalarda isə özbaşınalığın baş alıb getməsi də qəribə görünməməlidir. Amma ortada acı bir həqiqət var: İNSANLARIN TALEYİ İLƏ OYNANILIR… P.S. Əlövsət Mizəyevin Plazmafarit aparatı, qanyuma işlərini niyə şəxsən həyata keçirməsi, bu müalicənin ən bahalılar sırasına salınması, «Lider» Klinikasında yaşanan digər olaylarla bağlı növbəti sayımızda məlumat verəcəyik. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri dön |