Ana Sayfa > Araşdırma > Azərbaycanda devalvasiya GÖZLƏNİLİRMİ? - AÇIQLAMA

Azərbaycanda devalvasiya GÖZLƏNİLİRMİ? - AÇIQLAMA


14-01-2022, 15:23. Yazar: admin

Azərbaycanda devalvasiya GÖZLƏNİLİRMİ? - AÇIQLAMA
Təqribən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilib. Bunu Prezident İlham Əliyev də yerli telekanallara müsahibəsibndə bildirib. Ümumiyyətlə son devalvasiya, bank kreditləri və müəyyən bahalaşmadan sonra manatın məzənnəsinin növbəti dəfə aşağı düşməsi insanları maraqlandıran əsas mövzulardandır. Hətta bəzi yerli ekspertlər təkrar devalvasiyanın olacağını istisna etmirlər.

Bu isə camaatda narahatlıq yaradır:

“Bugünkü gün müəyyən psevdomütəxəssislər (söz xatirinə danışanlar) deyirlər ki, dollar qalxa bilər”. DİA.AZ xəbər verir ki, Bizim.Media ilə söhbətində iqtisadçı alim Emin Qəribli hazırda şəraitin tam fərqli olduğunu bildirib.

İlk növbədə neftin qiyməti artıb:

“İkinci səbəb odur ki, tədiyə balansında kəsirin yaranmaması üçün digər vasitələrdən istifadə olunur:

Gömrük rüsumları artırıldı

Rüsumsuz gələn məhsulların məbləği azaldı və s.

Bu da idxal-ixrac əməliyyatlarında fərqlərin azalmasına yönəlib. Bu kimi alətlərdən istifadə etməklə müəyyən nəticələrə nail olunub. Yanvar ayında Azərbaycanda dollara tələbat azalıb”.

Yəni manata nisbətdə dollar qalxmayacaq?

“Bəli. Bu gün o baxımdan gərginlik yoxdur. 2014-cü ildə fikir formalaşmışdı ki, devalvasiya, infilyasiya kimi problemləri məhz monitar yollarla tənzimləmək lazımdır. Mərkəzi Banka çox böyük yük düşürdü. İnkişaf etmiş ölkələrdə monitar üsulla həll olunursa, biz görürük ki, inkişaf etməkdə olan ölkələrdə monitar həllə yüklənmək olmaz. Burada fiskal və digər alətlərdən istifadə edərək tənzimlənməyə ehtiyac var. Hazırda Azərbaycan daha düzgün addımlar atır və özünü sığortalayıb”.

Emin Qəribli Azərbaycanın valyuta siyasəti və müvafiq hərraclardan da bəhs edib:

“Müvafiq resursların hərraca çıxarılması tələbat artanda baş verir. Məqsəd devalvasiyanın qarşısını almaqdır. O dövrdə bütün dünyada, xüsusən də Rusiyada devalvasiya artığı üçün tələb artdı.

İkincisi də, həmin vaxt neftin qiyməti də kəskin endi. Tədiyə balansında kəsir yarandı. Ölkəyə dollar az gəlirdi və dollar kütləsi azaldı. Tələb-təklif qanununa görə, dolların qiyməti artmalıydı və artdı. Dövlət də bunun qarşısını almaq üçün dövriyyəyə dollar buraxırdı. Dövlət gördü ki, 10 milyarda yaxın resurs azaldı və buna görə devalvasiya addımı atdı”.
Geri dön