Ana Sayfa > Araşdırma > “TURKOVAC”-ın effektivliyinə dair tədqiqatın nəticələri açıqlanıb
“TURKOVAC”-ın effektivliyinə dair tədqiqatın nəticələri açıqlanıb12-01-2022, 12:45. Yazar: admin |
Türkiyənin COVID-19-a qarşı istehsal etdiyi “TURKOVAC” peyvəndinin effektivliyinə dair tədqiqatın üçüncü mərhələsi başa çatıb. APA-nın yerli bürosunun "Hürriyət" qəzetinə istinadən verdiyi xəbərinə görə, Koronavirus Elm Qurumunun üzvü professor Minə Durusu Tanrıöver bildirib ki, “TURKOVAC” ən azı Çin istehsalı “CoronaVac” vaksini qədər təhlükəsiz və effektiv bir peyvənddir. Bildirilib ki, ötən ilin 2 iyun-27 dekabr tarixlərində 1286 nəfərə tədqiqat peyvəndinin ən azı bir dozası vurulub. 18-55 yaş arasında olan könüllülər COVID-19-a yoluxmayıb və ya peyvənd edilməyib. Qeyd olunub ki, “TURKOVAC”-la bərabər könüllülərin digər qollarına müqayisəli olaraq “CoronaVac” vaksini də vurulub. Hər iki peyvəndin yan təsirləri eyni olub. Geri dön |