Ana Sayfa > Araşdırma > Goranboy sakinini kim MÜFLİS EDİB? - GİLEY
Goranboy sakinini kim MÜFLİS EDİB? - GİLEY19-10-2021, 09:19. Yazar: admin |
“Sell Credit lombard” MMC-nin rəhbər qardaşları Goranboylu sakinin külli miqdar qızıl -zinət əşyalarını necə mənimsəyiblər? Bu haqda Dünyanınsəsi.Az saytına borcalan Goranboy sakini, Yeni Azərbaycan Partiyasının üzvü Qasımov Yurik Qurbanəli oğlu tərəfindən Videoşikayət göndərilib. Şikayətçi iddia edir ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə eləcə də vəzifə saxtakarlığı və sənədlərin saxtalaşdırılmasıyolu ilə onun külli miqdar əmlakı “dələduzluq” yolu ilə ələ keçirilib. Borcalanı bu hala salan təşkilat Gəncə şəhərində fəaliyyət göstərən “Sell Credit Lombard” MMC-nin olduğu qeyd edilir. Redaksiyamıza təqdim olunan materialda bu qurumun rəhbərləri sayılan Sərxan və Şirxan Əliyev adlı qardaşların əməllərindən bəhs olunur.Onlar Goranboy rayonun Dəliməmmədli şəhəri, A. Mustafayev küçəsi ev 1-də yaşayan Qasımov Yurik Qurbanəli oğlunun nə az, nə çox 150 min manatlıq girov qoymuş olduğu qızıl-zinət əşyalarını necə “həzm-raberdən” keçirdiklərindən bəhs olunur. Belə ki, Goranboy sakini müqavilə əsasında 05.27.2019-cu il tarixdə “Sell Credit Lombard” MMC-dən 520.75 qram qızıl-zinət əşyalarını girov qoyaraq 24000 manat pul götürüb.Borcalanın aylar üzrə kredit cədvəlində göstərilən məbləğləri vaxtlı-vaxtında ödəmiş olduğu qəbzləri olsada “lombardina” qardaşları vətəndaşın qızıl-zinət əşyalarını qaytarmayıb.Səbəb isə çox sadədir.Müavilənin birinci cümləsində deyilirdi: “Krediti qaytarmasam, girovun əlavə xəbərdalıq edilmədən satılmasına etiraz etmirəm”. Guya borcalan götürmüş olduğu kredit ödəmələrini kecikdirdiyindən onlara məxsus olan qızıllar hərraca çıxarılaraq satılıb. Halbu ki, bu şikayətçinin aylar üzrə “Sell Credit Lombard” MMC-yə ödəmiş olduğu bütün qəbzlər özündə durur.Vətəndaş lombarddan krediti götürüb qaytara bilməyəndə, qanunvericilik bu məsələni tənzimləyir, lombard vətəndaşı məhkəməyə verir. Yalnız məhkəmə qərarı ilə girov götürdüyü əşyanı hərracda satmalıdır. Satılan əşyanın qiymətindən öz borcunu götürməli qalan hissə vətəndaşa qaytarılmalıdır.Goranboy sakininin bu qardaşlara çoxsaylı müraciətləri olsada deyirlər ki, əliniz hara uzundur gedin şikayət edin.Borcalan Qasımov Yurik Qurbanəli oğlu Yeni Azərbaycan partiyasının qocaman üzvülərindən biri kimi Baş prokuror Kamran Əliyev cənablarından ona qarşı dələduzluq etmiş”Sell Credit Lombard” MMC-nin fəaliyyətinin araşdırılmasına göstəriş verməsini xahiş edir. Goranaboy sakinin Baş prokurora videoşikayətini təqdim edirik: Redaksiya olaraq ümid edirik ki, şikayətçinin səsləndirdiyi iddialar hüquq-mühavizə orqanları tərəfindən araşdırılsa nəticədə məsul şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsini eləcə də vəzifə saxtakarlığı və sənədlərin saxtalaşdırılmasının şahidi olacağıq. Redaksiya olaraq “Sell Credit Lombard” MMC-nin də söz haqqını tanıyırıq. Dünyanınsəsi.Az Geri dön |