Ana Sayfa > Araşdırma > Alimlər çox nadir astronomik hadisə olacağını bildirib
Alimlər çox nadir astronomik hadisə olacağını bildirib23-11-2020, 11:32. Yazar: admin |
Rays Universitetinin (ABŞ) astronomları dekabrın 21-də günəş batandan sonra Yupiter və Saturn planetlərinin gecə səmasında bir-birinə minimum məsafədə yaxınlaşacağını hesablayıblar. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “phys.org” saytındakı press-relizdə bildirilir. Tədqiqatçılardan birinin dediyinə görə, bu planetlər arasındakı yanaşma təxminən, 20 ildə bir dəfə baş verir, lakin orta əsrlərdən bəri onlar bir-birinə bu qədər yaxınlaşmayıblar. Hava şəraiti imkan verərsə, bu fenomen Yerin istənilən nöqtəsindən müşahidə oluna bilər. Bu qeyri-adi təbiət hadisəsini izləmək üçün ən yaxşı şərtlər ekvatora yaxın yerlərdə olacaq. Geri dön |