Ana Sayfa > Araşdırma > İcra başçısı ilə sahibkarlar arasında qovğa
İcra başçısı ilə sahibkarlar arasında qovğa29-04-2015, 09:21. Yazar: admin |
İsmayıllı rayonunun mərkəzində yaşayan insanlar susuz qalıblar. Bu barədə JAM.AZ-a rayon sakinləri məlumat veriblər. Onların bildirdiyinə görə, hələ 2013-cü ildə açılışı edilən su xətti ilə prezidentin gəlişi zamanından sonra evlərə su verilməyib. Sakinlər bildirirlər ki, həmin vaxt hər evə fasiləsiz su veriləcəyi vəd olunmuşdu. Bundan əlavə, İsmayıllı camaatı dövlət başçısının aldadılmasına təəccüb etdiklərini də gizlətməyiblər. Onların sözlərinə görə, bu addımı atmaq üçün çox ürəkli olmaq lazımdır. JAM.AZ məsələ ilə bağlı araşdırma apararkən məlum olub ki, İsmayıllı rayonunun mərkəzini içməli su ilə təhciz etmək üçün dövlət büdcəsindən bir neçə il ərzində 40 milyon manat pul ayrılıb. Həmin pulla evlərə su xətlərinin çəkilməsi, iri su mənbələri və xətlərinin inşası, anbarların tikilməsi və digər işlər görülüb. Elə işi həyata keçirən «Azərsu» ASC də təsdiq edir ki, onlar hər şeyi hazır edib, İsmayıllı İcra Hakimiyyətinə təhvil veriblər. Və artıq işin bu yerində nələrin baş verdiyini isə bilən yoxdur. Tək məlum olan odur ki, İsmayıllının rayon mərkəzində yaşayan insanlar illərdin içməli su üzünə həsrət qalıblar. Rayonun icra başçısı Mirdaməd Sadıqovun isə başı öz problemlərinə qarışıb. JAM.AZ-ın əldə etdiyi məlumata görə, alimlik dərəcəsinə qədər yüksələn sözügedən şəxs artıq rayona nəzarəti tamamilə əldən verib. İddialara görə, İsmayıllıda bir sıra yolların çəkilməsi, təmir işləri, abadlıq məsələləri ilə əlaqədər ciddi problemlər yaranıb. Daha doğrusu, icra başçısı rayonda bir sıra təmir, tikinti işləri, yolların çəkiləmsini yerli iş adamlarına tapşırıb və onlara vəd edib ki, işlər başa çatdıqdan sonra onlara çəkdikləri xərc ödəniləcək. Amma son bilgilərə görə, Mirdaməd Sadıqovun yerli iş adamlarına 1 milyon manat borcu yaranıb. Və icra başçısının həmin pulları verə bilmir. JAM.AZ-a məlumat mənbələrin iddiasına görə, Mirdaməd Sadıqov üzləşdiyi problemdən dolayı rayondan qaçmaq istəyir. Daha doğrusu, o, icra başçısı postunu deputat mandatına dəyişməklə bu arzusunu həyata keçirməyə çalışır. Hərçənd bütün bunlara rəğmən, İsmayıllı sahibkarları pullarını tələb etməkdən də çəkinmirlər. Hətta bununla əlaqədar yaxın günlərdə borca salınmış iş adamları rayon İcra Hakimiyyətinə gedərək, orada müzakirələr aparmaq fikrindədirlər. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri dön |