Ana Sayfa > Araşdırma > Koronavirusun qeyri-standart simptomları açıqlandı

Koronavirusun qeyri-standart simptomları açıqlandı


14-08-2020, 14:48. Yazar: admin
Koronavirusun qeyri-standart simptomları açıqlandı

Britaniyalı alimlər yaşlı adamlarda COVID-19-un gedişatını izləyərək, onların çoxunda xəstəliyin atipik (qeyri-standart) simptomlarının müşahidə edildiyi qənaətinə gəliblər.

“MedRxiv” portalında bu barədə qeyd olunur.

Bu məqsədlə aprelin 7-dən iyunun 29-dək qocalar evinin sakinləri izlənib.

Testləri müsbət nəticə göstərən 103 nəfərin yalnız 38 faizində koronavirusun standart simptomları olub.

Məlumata görə, 54 nəfərdə xəstəliyin heç bir əlaməti olmayıb və ya onlar iki həftədən sonra ortaya çıxıb.

Eyni zamanda, yoluxmuş insanların çoxunda halsızlıq və ya ümumilikdə səhhətin pozulması müşahidə edilib ki, bunu da alimlər koronavirusun atipik simptomları hesab ediblər.


Geri dön