Ana Sayfa > Araşdırma > EIA: Bu il Azərbaycanda gündəlik neft hasilatı 50-100 min barel azalacaq

EIA: Bu il Azərbaycanda gündəlik neft hasilatı 50-100 min barel azalacaq


8-07-2020, 09:56. Yazar: admin

EIA: Bu il Azərbaycanda gündəlik neft hasilatı 50-100 min barel azalacaq
ABŞ hökumətinin Enerji İnformasiyaları Administrasiyası (EIA) bu il Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu əvvəlki proqnozdan 20 min barel azaldıb.

EIA-ın yeni proqnozuna görə, 2020-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 710 min barel təşkil edəcək.

“Report” xəbər verir ki, bu barədə EIA-ın iyul ayı hesabatında qeyd edilib.

Hesabata əsasən, 2021-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 740 min barel proqnozlaşdırılır. Bu isə əvvəlki proqnozdan 10 min barel azdır.

Hesabatda qeyd edilib ki, Azərbaycan, Hindistan, Qazaxıstan, Kolumbiya, Malayziya və Misir kimi qeyri-OPEC ölkələrində bu il hasilat əhəmiyyətli dərəcədə azalacaq. Proqnoza görə, bu ölkələrin hər biri üzrə illik hasilatın orta hesabla azalma həcmi 50-100 min barel/gün təşkil edəcək.
Geri dön