Ana Sayfa > Araşdırma > Mütəxəssislər koronavirusun ağcaqanadlar vasitəsilə ötürülməsinin mümkünsüzlüyünü bildirib

Mütəxəssislər koronavirusun ağcaqanadlar vasitəsilə ötürülməsinin mümkünsüzlüyünü bildirib


27-06-2020, 00:32. Yazar: admin
Mütəxəssislər koronavirusun ağcaqanadlar vasitəsilə ötürülməsinin mümkünsüzlüyünü bildirib
“Koronavirus infeksiyasının ağcaqanadlar tərəfindən insanlara ötürülməsi mümkün deyil”.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, İtaliya Milli Sağlamlıq İnstitutunun mütəxəssisləri bu qənaətə gəlib.

Tədqiqat zamanı alimlər həşəratın çəkdiyi yoluxmuş qanın tərkibindəki virusun daha çox genişlənməyə və ötürülməsinə qadir olmadığını müəyyənləşdiriblər.

Bundan əlavə, elm adamları Ümumdünya Səhiyyə Təşkilatının hesabatına istinad edərək, qətiyyətlə bildiriblər ki, qan sovuran həşəratlar koronavirusun daşıyıcısı ola bilməzlər. Bu, yalnız adi ağcaqanadlara deyil, digər növdən olan ağcaqanadlara da aid edilib.
Geri dön