Ana Sayfa > Araşdırma > Koronavirusun təsvirinə yeni simptomlar əlavə edilib - Diqqət!

Koronavirusun təsvirinə yeni simptomlar əlavə edilib - Diqqət!


26-06-2020, 12:12. Yazar: admin
Koronavirusun təsvirinə yeni simptomlar əlavə edilib - Diqqət!

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi yeni növ koronavirusun təsviri üçün simptomların siyahısını genişləndirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, koronavirus infeksiyası simptomlarının yenilənmiş siyahısına burun tıxanması, burun axması, ürək bulanması və ishal da daxil edilib.

Xatırladaq ki, daha əvvəl sanitar tənzimləyici koronavirusun yalnız üç ümumi simptomunu – yüksək hərarət, öskürək və nəfəs darlığını göstərib. Ardından boğaz ağrısı, titrəmə, əzələ ağrısı, dad və ya qoxu hissinin itirilməsi də simptomları siyahısına əlavə edilib.

Mərkəz eyni zamanda qeyd edib ki, siyahıya bütün mümkün simptomlar daxil edilməyib. Məlumatlar koronavirus haqqında yeni bilgilər əldə edildikcə yenilənəcək.
Geri dön