Ana Sayfa > Araşdırma > Sərt karantin günlərində çörək problemi yarana bilər? - AÇIQLAMA

Sərt karantin günlərində çörək problemi yarana bilər? - AÇIQLAMA


12-06-2020, 17:46. Yazar: admin

Sərt karantin günlərində çörək problemi yarana bilər? - AÇIQLAMA
“Ötən həftə sərt karantin rejimindən sonra çörəklə bağlı müşahidə edilən problem təəəssüf doğurur”.

Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev deyib.

O bildirib ki, çörək ehtiyatı ilə bağlı problem olmayacaq:

“Ötən həftə də çörəklə bağlı problem olmamışdı. Sərt karantin günlərindən sonrakı mənzərə bunu sübut etdi. Bu dəfə də heç bir problem olmayacaq, vətəndaşlardan bunu nəzərə almaları xahiş olunur”.

Könül Cəfərli
Geri dön